Putin Ermənistanla konstruktiv münasibətlərin inkişaf edəcəyinə əmin olduğunu bildirib

Rusiya prezidenti Vladimir Putin yeni il və Milad bayramları münasibətilə erməni həmkarı Armen Sarkisyana ünvanladığı təbrik məktubunda iki ölkə arasında konstruktiv əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib,

Bu barədə Ermənistan liderinin mətbuat xidmətindən bildirilib.

“Rusiya-Ermənistan münasibətləri yaxşı dostluq ənənələrinə, mədəni və mənəvi yaxınlığa əsaslanır. Əminəm ki, qarşıdan gələn ildə ikitərəfli müttəfiqlik qarşılıqlı fəaliyyəti, müxtəlif sahələrdə konstruktiv əməkdaşlıq daha da inkişaf etdiriləcək. Qardaş xalqlarımızın mənafeyi naminə regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi bizim maraqlarımızdır”, – Ermənistan prezidentinin saytında yerləşdirilən mesajda deyilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP