“İnter” Sançesə əvəzləyici tapdı

“İnter” “Cenoa”nın hücumçusu Felipe Kaysedoya elçi düşüb.

A seriyası çempionu onu çilili forvard Aleksis Sançesə alternativ qismində görür.

Sançes yanvarda komandanı tərk edərsə, “neradzurra” boşluğu ekvarodlu ilə doldurmağa çalışacaq. “İnter”in baş məşqçisi Simone İnzagi vaxtilə “Latsio”da rəhbərliyi altında çıxış edən 33 yaşlı hücumçunu yenidən sərəncamında görmək fikrindədir.

Qeyd edək ki, “Cenoa”ya bu ilin yayında “Latsio”dan keçən Felipe Kaysedo cari mövsüm 5 oyunda 1 qol vurub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP