Azərbaycanda yolların SON VƏZİYYƏTİ: – 22 dərəcə şaxta

Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti açıqlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, bu gün saat 10 radələri üçün respublika əhəmiyyətli yolların vəziyyəti aşağıdakı kimidir:

“Zəfər Yolu”   Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Toğanalı-Kəlbəcər-İstisu  – Yolun Murovdağdan keçən hissəsində gecə saatlarında zəif qar yağıb, hazırda yağıntı yoxdur. Qarın hündürlüyü yoldan kənarlarda 35-40 sm təşkil edir, 17-22 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlib. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri görülüb, qum-duz səpilib.  Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi 

Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində yağıntı yoxdur, 2-4 dərəcə şaxta var, yollaraq qum-duz səpilib.

Xınalıq yolunda 10-12 sm qar yağıb,  yol qardan təmizlənib, qum-duz səpilib.Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Giləzi – Xızı 

3-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı – Qobustan    

Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Qobustan – Şamaxı – Muğanlı 

Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı – Ağsu – Yevlax    

Yağıntı yoxdur, Muğanlı ərazisində 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı    

Yağıntı yoxdur, 4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

İsmayıllı – Qəbələ – Oğuz- Şəki    

Yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi 

Marşrut boyu yağıntı yoxdur, 3-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax – Şəki (Göybulaq)    

Yağıntı yoxdur, Şəki rayonu ərazisində 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir – Gədəbəy  

Yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, qum-duz səpilib.  Şəmkir rayonu ərazisində 5-6 dərəcə, Gədəbəy rayonu ərazisində 10-12 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə – Daşkəsən – Xoşbulaq    

Marşrut boyu 3-5 sm qalınlığında qar yağır, yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, qum-duz səpilib. Şaxta 10 dərəcə təşkil edir.  Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi    

Marşrut boyu sulu qar yağır, şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Masallı – Yardımlı    

Yardımlı rayonu ərazisində qar yağır, 5-6sm, 2-3 dərəcə şaxta var. Yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Masallı rayonu qar yağır, şaxta yoxdur.

Lənkəran – Lerik 

Lerik rayonu ərazisində qar yağır, 6-7sm, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Lənkəran rayonu qar yağır, şaxta yoxdur.

Bakı – Ələt – Hacıqabul    

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul – Ucar – Yevlax    

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax – Gəncə – Qazax – Gürcüstan Respublikası ilə dövlət sərhədi    

Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz    

Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi