Daha bir məktəbdə direktorun pul yığması ilə bağlı iddialar ortaya çıxıb.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilir ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi 6 saylı məktəbin direktoru İradə Məmmədova valideyn komitəsi vasitəsilə mütəmadi olaraq şagirdlərdən pul yığmaqla məşğuldur.
Sumqayıt şəhər Təhsil Şöbəsindən isə yayılan görüntülərlə bağlı araşdırma aparıldığı qeyd olunub.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP






