Rusiyada xalqımızın alman faşizmi üzərində qələbədəki töhfəsindən bəhs edən kitab nəşr olunub

Rusiyanın Ryazan vilayətində II Dünya müharibəsi zamanı SSRİ-nin qazandığı qələbədə xalqımızın misilsiz xidmətlərinə həsr edilmiş “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitab çap edilib.

Həmyerlimiz Həşim Məmməd Cəfər oğlu Əliyevin tərtib etdiyi kitabda xalqımızın igid övladlarının ön və arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlardan və ölkəmizin “qara qızıl”ı olan Bakı neftinin qələbədəki xüsusi rolundan ətraflı bəhs edilib. 

Kitabda görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Əgər Azərbaycanın nefti olmasaydı, o zaman II Dünya müharibəsində İngiltərə-Amerika koalisiyasının və SSRİ-nin alman faşizmi üzərində qələbəsi qeyri-mümkün olardı”, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan faşizm üzərində ümumi Qələbəmizə layiqli töhfə verdi. Müharibə zamanı göstərdiyi şücaətə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün lazım olan neftin 70%-dən çoxu, benzinin 80%-i, motor yağlarının 90%-i Azərbaycanın payına düşürdü. Bu olmasaydı, Sovet ordusu düşməni məğlub edə bilməzdi” və Rusiya Prezidenti Vladimir Putinin “Biz Böyük Vətən Müharibəsi cəbhələrində fədakarlıqla vuruşaraq ümumi qələbəmizi qazanmış 600 min azərbaycanlının şücaət və qəhrəmanlığını ehtiramla anırıq” fikirlərinə diqqət cəlb edilib.

Müəllif kitabın ərsəyə gəlməsində mənəvi dəstəklərinə görə “Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” ictimai təşkilatının idarə heyətinin üzvlərinə və fəallarına, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Şahmat Federasiyasının keçmiş sədri, II Dünya müharibəsində Bakı neftinin roluna dair kitabların müəllifi Çapay Sultanovun həyat yoldaşı Lyudmila Sultanovaya xüsusi təşəkkürünü bildirib. 

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi