Talibanın hərbi məntəqəyə hücumu: 22 ölü

Taliban yaraqlılarının Əfqanıstanın Uruzgan vilayətinin Çoradakı hərbi məntəqəsinə hücumu nəticəsində, 22 təhlükəsizlik əməkdaşı həlak olub.

Çora bələdiyyəsinin rəhbəri Aminullah Xaliqi  baş verən hadisə ilə bağlı açıqlamada, taliblərin Niyazian bölgəsindəki hərbi məntəqəyə hücumunda 18 əsgərinvə 4 polisin həyatını itirdiyini bildirib. Onun sözlərinə görə, Taliban da  itkilər verib.