İran yerli şirkətlərin Qarabağa yük daşımasını qadağan edib

İran Qarabağa yük daşımaq istəyən şirkətlərə son ayda ikinci dəfə olaraq xəbərdarlıq etdiyini bildirib.

Bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin nəzdində olan Yollar və Nəqliyyat Təşkilatı bəyanat verib.

Bəyanatda bildirilib ki, təşkilat son ayda müxtəlif şirkətlərə Qarabağa yüklərin daşınması və Laçın koridorundan istifadə etməklə bağlı ikinci dəfə olaraq xəbərdarlıq edib.

Xəbərdarlıq bəyanatında bildirilib ki, bu yükdaşımaların qadağan edilməsi yenidən şirkətlərə çatdırılıb.

Bəyanatda əlavə edilib ki, İranın Xarici işlər Nazirliyi ilə aparılan məsləhətləşmələrdən sonra Azərbaycan Respublikasına girişin bu ölkənin yalnız rəsmi gömrük keçidlərindən daxil olmaqla həyata keçirilməsinin vacibliyi çatdırılıb.

Bəyanatda deyilir:

“Buna görə İran vətəndaşları və sürücülərinə təkidlə tövsiyə edilir ki, qeyd edilən addımın mənfi nəticələri ilə üzləşməmək üçün və mövcud həssaslığa görə, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşmaq naminə Ermənistan ərazisindən Laçın şəhərinə və Qarabağa daxil olmasınlar.”

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi