Əmanətlərin məbləği açıqlandı

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 avqust 2017-ci il tarixinə cəmi aktivləri 29,491.7, cəmi öhdəlikləri isə 26,568.2 milyon manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumatda bildirilib.

Sektorun balans kapitalının 2,923.6, əhalinin əmanətləri 6,871.7 milyon manat olduğu qeyd edilib. Bankların filiallarının sayı 560, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,495-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,167 nəfər təşkil edib.