Arayik erməni məmur və hərbçiləri Azərbaycan hərbçilərinə qarşı çıxmamağa çağırdı – ŞOK İDDİA

“Bir neçə gün əvvəl Azərbaycan Silahlı Qüvvələri  Amaras monastır kompleksinə doğru irəliləyərək həm monastıra nəzarəti ələ keçirməyə, həm də mövqelərini irəli çəkməyə çalışıb. Lakin Rusiya sülhməramlı qüvvələri dərhal hadisə yerinə gələrək azərbaycanlıları əvvəlki mövqelərinə çəkilməyə vadar etməklə bu hərəkətlərin qarşısı alınıb”.

Daha sonra erməni nəşri bildirir ki, Azərbaycan hərbçiləri Amaras məbədi üzərindən separatçı-terrorçu rejimin əski parçasını  çıxarmağı tələb etdikləri üçün  məsələ bununla həllini tapmayıb.

Nəşrin mənbələrinə görə, Xankəndidə separatçı kriminal xuntanın başçısı Arayik Arutyunyanın iqamətgahında bu mövzuda ciddi müzakirə aparılıb və söhbətin başlanğıcından Araik azərbaycanlıların tələbini nəyin bahasına olursa olsun yerinə yetirməyə razı olub. Həmçinin erməni məmur və hərbçiləri Azərbaycan hərbçilərinə qarşı çıxmamağa çağırıb. Bundan sonra əski parçası qədim Azərbaycan abidəsi üzərindən endirilib.

“Past” qəzeti  yazır ki, guya bundan sonra bir qrup erməni gənci “rəsmi”ilərin çağırışlarına və xəbərdarlıqlarına məhəl qoymadan yenidən separatçıların əski parçasını monastır kompleksinin damına sancıblar. “Ancaq Arayik Arutyunyan buna kəskin şəkildə qarşı çıxıb və bu hərəkəti avantüra adlandırıb”- deyə erməni nəşrindəki xəbərin sonunda bildirilir.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi