Dünyanın gözü burada olacaq – Giriş qapısı TAPILDI / FOTOLAR

Türkiyənin Aydın vilayətinin Germəncik rayonunda yerləşən qədim şəhər Maqneziyada uzun müddətdir davam edən qazıntılarda, Berlin Perqamon Muzeyində surəti saxlanılan Maqneziya Zevs Məbədinin giriş qapısı tapılıb.

Bu  barədə “Anadolu” agentliyi xəbər verir.

Osmanlı dövründə alman, hazırda isə Görkəm Kökdemir rəhbərliyində türkiyəli arxeoloqlar tərəfindən antik şəhərdə aparılan qazıntılarda bu günə qədər Artemis müqəddəs ərazi, stadion və teatr açkara çıxarılıb. Qazıntılarda 80 heykəllə yanaşı müxtəlif əşyalar tapılıb.

Dövrün ən əhəmiyyətli dini festivalı olan Artemis Festivalının bu şəhərdə keçirildiyini söyləyən Kökdemir bildirib:

Dini baxımdan bura çox önəmli bir şəhərdir. “Tanrılar şəhəri” deyə bilərik. İndiyə qədər aparılan qazıntılar da bunu sübut edir. Çünki burada bir çox tanrı üçün müqəddəs məkanlar inşa edilib.

G.Kökdemir qeyd edib ki, bu ilki qazıntı sahələri “dini aqora” olaraq adlandırılan 26 min kvadrat metrlik ərazini əhatə edir:

“Bu ərazidə yerləşən Zevs məbədinin qapısını tapmışıq. Məbədin Maqneziyadakı Artemis məbədi qədər möhtəşəm memarlıq nümunəsi olacağını düşünürük. Çünki söhbət yer üzünün allahı hesab olunan Zevsin şərəfinə tikilmiş məbəddən gedir. Osmanlı dövründə bu ərazidə almanlar qazıntı aparıblar. Bu məbəddən Alnmaniyaya müxtəlif tapıntılar aparılıb. Bunu nəticəsi olaraq Berlin Perqamon muzeyində məbəddən tapılan hissələr əsasında Zevs məbədinin eynisi olan replikası sərgilənməkdədir. Biz isə məbədin orjinalını üzə çıxarmaqdayıq”.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi