Cəlal Tələbani öldü

 

 

İraqın keçmiş prezidenti Cəlal Tələbani Almaniyanın Berlin şəhərində vəfat edib. 

“Habertürk” bildirir ki, son illlər səhhətində ciddi problemlər olan Tələbani, 17 dekabr 2012-ci ildə Bağdadda insult keçirmişdi. O zaman təyyarə ilə Berlinə aparılan Tələbani 579 gün həkimlərin nəzarətində olmuşdu.

Bu dəfə həkimlər onun həyatını xilas edə bilmədi.

Qeyd edək ki,Kürdüstanın Vətənpərvərlik İttifaqının lideri olan Cəlal Tələbani 2005-2014-cü illərdə İraqa prezidentlik edib.