İstanbulun Marmaray sualtı tunelində hərəkət dayandırıldı

İstanbulda Marmaray sualtı tunelində hərəkət dayandırılıb.

Hərəkətin dayandırılmasının texniki səbəblərlə əlaqədar olması bildirilib.

Habertürkün məlumatına görə, tuneldəki sərnişinlər təxliyə olunub. Hazırda texniki qüsurların aradan qaldırılması istiqamətində işləar aparılır.

Qeyd edək ki, Marmaray tunelində sonuncu dəfə 2016-cı ilin sentyabrında hərəkət dayandırılmışdı.