Jurnalistlər təşkilatlandı: “Ev almaq haqqımızdır!”

Məlum olduğu kimi, bu günlərdə bir qrup media və QHT nümayəndəsi Prezident İlham Əliyevə müraciət edərək jurnalistlər üçün inşa edilmiş və artıq istismara hazır olan üçüncü binadakı mənzillərin şəhid və qazi ailələrinə verilməsini təklif ediblər.

AFN xəbər verir ki, buna qarşılıq olaraq yüzdən artıq jurnalist təşkilatlanaraq Prezidentə müraciət ünvanlayıblar. Onlar bildiriblər ki, ölkə mediasında həqiqətən də mənzilə kəskin ehtiyacı olan xeyli jurnalist var. Həmin jurnalistlərin illərdir Prezidentin və dövlətin humanistliyindən yararlanmağı gözlədiyi də müraciətdə qeyd edilib. Jurnalistlər “Ev almaq haqqımızdıq!” qrupunda birləşərək mübarizələrini davam etdirməyi qərara alıblar. Qrup bu gün bəyanat yayıb. Bəyanatda qeyd edilir:

Birinci müraciətə imza atan 38 nəfərdən 11 mətbuat nümayəndəsinin nəinki paytaxtın ayrı-ayrı yerlərində şəxsi mənzilləri, villaları var, üstəlik, dövlət büdcəsi hesabına jurnalistlər üçün inşa edilmiş I və II binada 3 və 4 otaqlı mənzillər alıblar. Onların əksəriyyəti ya həmin mənzilləri satmış, ya da ki, ayrı-ayrı şəxslərə kirayəyə verməkdədirlər.

Sözügedən müraciət uzun illərdən bəri mətbuatda çalışan, lakin aldıqları maaşla öz mənzil şəraitlərini yaxşılaşdıra bilməyən böyük jurnalist ordusu tərəfindən ciddi etirazla qarşılanmış, sosial şəbəkə və internet televiziyalarının qızğın müzakirə mövzusuna çevrilmişdir.

Həmin müraciətə etiraz edən jurnalistlər sosial şəbəkədə “Ev almaq haqqımızdır!” təşəbbüs qrupu yaradaraq,artıq onu hərəkata çevirməkdədirlər.

Məqsəd isə kimlərinsə təhriki ilə başladılan təhlükəli planın – Azərbaycan Prezidenti İlham Əliyevə qarşı başladılan bu təxribatın qarşısını almaq, dövlətçiliyi müdafiə etmək, jurnalistlərlə şəhid ailələri və qazilər arasında nifaq salmağa çalışanlara layiqli cavab verməkdir.

Yarandığı ilk gündən qısa müddət keçməsinə baxmayaraq, 150-dən artıq jurnalist bu qrupa daxil olaraq dövlətçiliyin və Prezidentin yanında olduqlarını ifadə etmiş, dövlət başçısına müraciət imzalamışlar.

İyulun 26-da “Ev almaq haqqımızdır! jurnalistlərin təşəbbüs qrupunun ilk içlası keçirilib. İclasda dövlətçilik əleyhinə yönəlmiş belə təxribatların qarşısının alınmasında qüvvələri səfərbər etmək, eləcə də jurnalistlərlə əlaqələri koordinasiya etmək məqsədil ilə 5 nəfərdən ibarət İşçi Qrupu yaradılıb. İşçi Qrupunun üzvləri aşağıdakı tərkibdə təsdiqlənib:

1. Mətanət Əsgərqızı (Cəfərova) – müstəqil jurnalist, “Yeni Zaman” TV-nin rəhbəri

2. Ləman Ələşrəfqızı – əməkdar jurnalist, LAF TV

3. Səlim Balayev – “Yeniavropa.az” saytı, şef-redaktor, I Qarabağ müharibəsi veteranı

4. Elvin Basqallı – “Space” TV, aparıcı

5. Cəsarət Hüseynzadə, QHT.az saytının baş redaktoru

İşçi Qrupu fəaliyyəti ərzində sosial şəbəkələrdə aktivlik nümayiş etdirək jurnalistləri belə təxribatçı hərəkətlərə qarşı səfərbər edəcək, dövlətçiliyi müdafiə edərək media nümayəndələrini Prezident İlham Əliyevin ətrafında sıx birliyə səsləyəcək.

Eyni zamanda, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan KİV nümayəndələri tərəfindən “Ev almaq haqqımızdır!” jurnalistlər qrupuna daxil olan müraciətlərə baxacaq, onları sistemləşdirəcək, jurnalistlərin yaşadıqları ünvanlara gedəcək, ailə vəziyyəti və faktiki mənzil şəraiti ilə yaxından tanış olacaq. Bütün bu araşdırmalardan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyulan jurnalistlərin yekun siyahısını tərtib edəcək. Hazırlanacaq siyahıda jurnalistin yaşı, iş stajı, ailə üzvlərinin sayı, onların yaş həddi və mənzilin sahəsi qeyd olunacaq. Daha sonra həmin siyahı “Ev almaq haqqımızdır!” jurnalistlərin vatsap qrupunda açıq müzakirəyə təqdim ediləcək. Səslənən irad və təkliflər İşçi Qrupu tərəfindən yenidən nəzərə alınmaqla yekun siyahı hazırlacaq və jurnalistlər adından Prezidentin Administrasiyasına göndəriləcək.

Əziz həmkarlar, ümid edirik ki, belə “ələkdən keçirilmiş“ siyahı Prezident Administrasiyasında da müsbət qarşılanacaq. Çünki hamımız yaxşı bilirik ki, dövlət büdcəsi hesabına jurnalistlər üçün tikilmiş əvvəlki iki binada hansı yollarla kimlər bizim haqqımıza girərək mənzillərə sahibləniblər.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi