Hulusi Kılıç: Vətən müharibəsində özüm Ankarada olsam da, ruhum Qarabağda idi

44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin möhtəşəm tarixi çıxışlarına qulaq asdıqca, qardaş Azərbaycan xalqının dövlət başçısının ətrafında birləşdiyini, qadağan edilən raketlərə qarşı sinəsini sipər etdiyini gördükcə, qəhrəman ordunun zəfər xəbərlərini yaxından izlədikcə böyük həyəcan hissi keçirirdim. Can Azərbaycanımızın 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad etməsinin sevinci, xoşbəxtlik və qürurunu mən də yaşadım. Vətən müharibəsində özüm Ankarada olsam da, ruhum Qarabağda, dastan yazan qəhrəman əsgərlərimizin yanında idi.

Bu sözləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı zamanı deyib.

“44 günlük Vətən müharibəsinin sonunda qazanılan tarixi zəfər can Azərbaycanla yanaşı, Türkiyə və Türk dünyasında böyük sevinc, qürur hissi ilə qarşılanıb.

Bu müddət ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi yüksək liderlik, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və xalqın liderinə verdiyi dəstək, eləcə də müasir ordunun göstərdiyi qəhrəmanlıq dost, qardaş ölkələr tərəfindən yüksək qiymətləndirilib.

44 günlük Vətən müharibəsi və başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla rəhbər şəxslərin qardaş Azərbaycana siyasi, diplomatik dəstəyi iki ölkənin birliyini gücləndirib, əlaqələrimizi, həmrəyliyimizi tarixin ən yüksək səviyyəsinə çatdırıb”, – deyə Hulusi Kılıç bildirib.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi