REKORD qiymətə satılan əsər – FOTO
İtaliyalı rəssam Leonardo da Vinçinin yaratdığı ayı başının eskizi “Christie’s” hərracında satılıb. Əsər hərracda 8,86 milyon funt-sterlinqə (12,2 milyon dollar) alınıb.
Bu barədə “Christie’s” hərrac evinin “Twitter” səhifəsində bildirilib.
7×7 sm ölçülü eskiz gümüşü qələmlə çəhrayı-bej rəngli kağız üzərində təsvir olunub. Mütəxəssislərin fikrincə, Leonardo bu rəsmi 1480-ci illərin əvvəllərində, ehtimal ki, 1482-ci ildə Florensiyadan Milana köçməzdən əvvəl çəkib.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP