Ümumdünya Vəhşi Təbiət Fondu Oxçuçay fəlakətini araşdıracaq

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ümumdünya Vəhşi Təbiət Fondu (World Wildlife Fund) ölkəmizin ərazisindən keçən Oxçuçayda Ermənistan və Almaniya şirkətlərinin törətdiyi fəlakətli vəziyyətlə əlaqədar İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının müraciətinə cavab verib.

Fondun təmsilçisi Kimberli Danielsin imzası ilə Koordinasiya Şurasına ünvanlanan məktubda bu problemlə əlaqədar informasiya təqdim edildiyinə görə minnətdarlıq bildirilib. “Ümumdünya Vəhşi Təbiət Fondunun missiyası təbiəti qorumaq və Yer kürəsində həyatın müxtəlifliyinə ən ciddi təhlükələri azaltmaqdır. Baxışımız insanların təbiətlə harmoniyada yaşadığı bir gələcək qurmaqdır”.

Qeyd edilib ki, soydaşlarımız bu mövzuda ediləcək hər hansı bir iş barədə məlumatı fondun www.worldwildlife.org internet ünvanından tapa bilərlər: “Bu məsələ üzərində işləyiriksə, yenilənmələr üçün veb saytımızı mütəmadi olaraq yoxlamağınızı rica edirik. Dünyanın qorunması işinə sadiqliyinizə görə təşəkkür edirik! Birlikdə dünyanı yaxşılığa doğru dəyişə bilərik”.

Qeyd edək ki, Ümumdünya Vəhşi Təbiət Fondunun yalnız “Twitter” səhifəsində bir milyondan çox izləyicisi var.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi