Amerika Azərbaycanlıları Koordinasiya Şurası Oxçuçayın çirkləndirməsinə etiraz olaraq bəyanat qəbul edib

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşmiş diaspor təşkilatlarının liderləri Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirilməsinə etiraz olaraq “Cronimet” şirkətinin Amerikadakı ofislərinə bəyanat göndəriblər.

Bəyanatda Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirildiyinə diqqət cəlb edilib. Bu səbəbdən ekosistemə və bioresurslara ciddi ziyan vurulduğu, çay sularından suvarmada istifadənin təhlükəli olduğu, Ermənistanın 1992-ci ildə imzalanmış Helsinki konvensiyasının tələblərini kobud şəkildə pozduğu barədə ətraflı məlumat verilib.

Müraciəti Azərbaycan–Amerika İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov, Azərbaycan–Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Amerika– Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova, Nyu-York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Yuta–Azərbaycan İcmasnın nümayəndəsi Əsmər Qarayeva, Florida–Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova, Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal, Minnesota–Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri Nərgiz Əliyarlı və Şimali Amerika Gənclər təşkilatının rəhbəri Aytac Qasımova imzalayıblar.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi