Avropadakı diaspor təşkilatlarının muzeyə virtual səyahət layihəsi həyata keçirilib

 

Niderland Krallığındakı “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”nun rəhbəri Kəmalə Ceylinovanın və Almaniyanın Nürnberq şəhərindəki “Mədinə” Türk-İslam Muzeyinin baş direktoru Cəmaləddin Özdəmirin təşkilatçılığı ilə “Tariximiz dünən və bu gün” mövzusunda virtual səyahət layihəsi gerçəkləşdirilib.

Avropada fəaliyyət göstərən hər iki təşkilatın məqsədi pandemiya məhdudiyyətləri zamanı muzeyləri ziyarət edə bilməyən övladlarımızı Türk-İslam Dünyasının, o cümlədən Azərbaycanın tarixi və mədəniyyəti ilə əlaqədar bilgilərlə tanış etmək, beynəlxalq aləmə Azərbaycanın və Türk dünyasının yüksək milli-mənəvi dəyərlərini çatdırmağın yollarını göstərməkdir. 

Svetlana Osmanlının moderatorluğu ilə baş turan tədbirə Kanadadan Azərbaycan dili müəllimi Yeganə Cəfərova, Niderland Krallığından “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Belçika–Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva, Türkiyədən Elif Səlçuk, Oman Sultanlığından Sultan Qabus Universitetinin fortepiano müəllimi Vüsalə Yusif, Azərbaycandan Bakı Türk Anadolu Liseyinin müdir müavini Meral Bahar və ümumilikdə 100-dən çox izləyici qatılıb.

Virtual səyahət zamanı Cəmaləddin Özdəmir muzeyin hər bir guşəsində olan exsponatları nümayiş etdirib və onlar barədə ətraflı məlumat verib. Tədbir iştirakçıları maraqlı layihəyə görə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarına, Türk Dünyasının uğurlu təbliğatını təşkil edən Azərbaycan və Türkiyə diasporlarının hər bir üzvünə minnətdarlıqlarını bildiriblər. 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi