Sankt-Peterburqdakı azərbaycanlı gənclər Rusiyanın “Şərq Muzeyi”nin rəhbərliyinə kəskin etirazlarını bildiriblər

 

“Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının nəzdindəki Azərbaycan Gəncləri Birliyi Rusiyanın “Şərq Muzeyi”də sərgilənən təxribatçı ekspozisiyaya kəskin etirazını bildirib.

Azərbaycan Gəncləri Birliyinin sədri E.Manafovun imzası ilə “Şərq Muzeyi”nin direktoru Aleksandr Sedova ünvanlanan məktubda deyilir: “Çox təəssüf ki, rəhbərlik etdiyiniz nüfuzlu qurumdakı ekspozisiyaların arasında nümayiş olunan “Qafqazın Dekorativ və Tətbiqi Sənəti” guşəsində Azərbaycan torpaqları, yəni Dağlıq Qarabağ xəritədə ayrı bir dövlət olaraq təqdim olunub. Bu, beynəlxalq hüquq normalarına tamamilə ziddir. Dağlıq Qarabağ hər zaman Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olub. Bunu bütün dünya ölkələri, xüsusi ilə də Rusiya Federasiyası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktı sübut edir”.

Qeyd edilib ki, muzeyin ziyarətçilərinə təqdim olunan informasiya həqiqətə uyğun deyil: “Bütün bunlar Rusiya və Azərbaycan xalqlarının mənafeyinə və Rusiya–Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə xələl gətirə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında yaranmış qardaşlıq münasibətləri xalqlarımızın dostluğunun sarsılmazlığının təminatıdır”.

Gənc soydaşlarımız muzey rəhbərliyini məlumatları ciddi və etibarlı şəkildə araşdırmağa çağırıblar:”…rəhbərlik etdiyiniz muzeyin əhəmiyyətini çox yaxşı anladığımızdan, ölkə daxilində və xaricində gözlənilməz nəticələr doğura biləcək müvafiq reaksiyaya səbəb olmaması üçün məlumatları etibarlı şəkildə araşdıqmalıyıq. Ümid edirəm ki, Rusiyada yaşayan azərbaycanlı gənclərin narahatlığını və məyyusluğunu sizə çatdıra bildim. Rusiya bizim Vətənimizdir, amma Azərbaycan da ürəyimizin bir hissəsidir”. 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

 

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib