Ermənistanın cinayətkar davranışı Finlandiya parlamentinin nəzərinə çatdırılıb

Finlandiyada fəaliyyət göstərən “Azər-Türk” Gənclər Təşkilatı mina partlayışı nəticəsində azərbaycanlı jurnalistlərin və dövlət məmurunun həlak olmasına etiraz əlaməti olaraq Finlandiya parlamentinə və yerli KİV-lərə müraciət edib 

“Azər-Türk” Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın imzaladığı müraciətdə II Qarabağ savaşında ağır məğlubiyyətə uğramış Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında çox sayda minalar yerləşdirdiyi, amma rəsmi İrəvanın mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etdiyi barədə müfəssəl məlumat verilib. Ermənistanın beynəlxalq konvensiyalara zidd davranışının öz torpaqlarına can atan mülki azərbaycanlıların, eləcə də vəzifə borclarını yerinə yetirməyə çalışan jurnalistlərin və məmurların həyatına son qoyması ilə nəticələndiyinə diqqət cəlb edilib. 

Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa və Mərkəzi Asiyada Jurnalistləri Müdafiə Komitəsi (CPJ) kimi beynəlxalq təşkilatların, ATƏT-in Media Azadlığı Nümayəndəsinin və Avropa Şurasının İnsan Haqları Komissarının, Avropa Parlamentinin bir sıra üzvlərinin, müxtəlif ölkələrdən olan millət vəkillərinin, diplomatların, jurnalistlərin və tanınmış insan haqları müdafiəçilərinin bu insanlığa sığmayan faciədən təəssüfləndiklərini dilə gətirdiklərini xatırladan təşkilat sədri qeyd edib ki, mülki azərbaycanlıların mina qurbanına çevrilməsinə görə Ermənistan tam məsuliyyət daşıyır.

Müraciətdə Ermənistanın beynəlxalq qanuna zidd olan minalaşdırma və terror siyasətinə son qoyulması məqsədilə beynəlxalq səviyyədə qətiyyətli addımların atılması tələb edilib. 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi