Azərbaycanın dostları Ermənistanın mina təxribatlarına etiraz edirlər

 

Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin mina partlayışı nəticəsində həlak olması xəbəri dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı və ölkəmizə dost münasibəti bəsləyən ictimai fəalları və xarici jurnalistləri hiddətləndirib. 

Braziliyanın San Paolo şəhərində yaşayan fəal Andreia Hirominin, eləcə də  Tobaqo və Trinidad Respublikasında yaşayan yazıçı soydaşımız Emiliya Əhmədovanın beynəlxalq təşkilatlara, yerli və xarici KİV-lərə ünvanladıqları bəyanatlarda Ermənistanın mina təxribatları ilə bağlı davranışına biganə və səssiz qalmağın yolverilməz olduğu nəzərə çatdırılıb. 

Azərbaycanın mina xəritələrinin təhvil verilməsi barədə israrlı tələblərinə Ermənistanın məhəl qoymadığını xatırladan A.Hiromi braziliyalıları və beynəlxalq ictimaiyyəti Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməyə çağırıb. 

Müharibənin bitməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Kəlbəcər rayonunda yeni minalar yerləşdirərkən yaxalandıqlarını xatırladan E.Əhmədova isə azərbaycanlı jurnalistlərin həlak olmasını Ermənistanın hərbi cinayəti adlandırıb. Soydaşımız beynəlxalq birliyi Ermənistana öz öhdəliklərini yerinə yetirməsi və insan həyatını qorumaq kimi mənəvi borcunun xatırladılması məqsədilə təzyiq göstərməyə səsləyib.

Braziliyalı jurnalist Fabiana Ceyhanın https://brasiliainfoco.comhttps://www.omundodiplomatico.com xəbər saytlarında yerləşdirilmiş məqaləsində Kəlbəcərdə baş vermiş faciəli hadisə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın qəsdən minalar yerləşdirdiyi, erməni silahlı qüvvələrinin diversiya qruplarının sərhədi pozaraq Kəlbəcərin yaşayış məntəqələrində və yollarında yeni minalar yerləşdirməyə cəhd etdikləri barədə ətraflı məlumat verilib. “Ermənistan bölgədəki hərbçilərin və mülki vətəndaşların həyatına və təhlükəsizliyinə ciddi təhdid kimi qalmaqda davam edir”, – deyə müəllif əlavə edib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://brasiliainfoco.com/explosao-de-mina-no-azerbaijao-resulta-na-morte-de-jornalistas/

https://www.omundodiplomatico.com/post/explos%C3%A3o-de-mina-no-azerbaij%C3%A3o-resulta-na-morte-de-jornalistas

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi