Bu gün mübarək gündür!

Bu gün mübarək gündür. Həm də müqəddəsdir. 1918-ci ilin may ayının 28-də Şərqdə ilk demokratik dövlət yarandı. Azərbaycan Xalq Cümhuriyyəti. Əsrlərlə azadlıq, müstəqillik arzu ilə yaşayan Azərbaycan xalqı məhz həmin may günündə öz müqəddəs istəyinə qovuşdu. Azərbaycan Xalq Cümhuriyyəti XX əsrdə xalqımızın həyatında yeni bir səhifə, yeni bir tarix, möhtəşəm bir hadisə oldu. Cəmi 23 ay yaşadı. Amma bəlkə də 23 illərin görə biləcəyi işləri gördü.

Bu gün mübarək və müqəddəs gündür. Bu gün həm də bəşəri bir gündür, ilahi bir gündür. Ona görə ki, Azərbaycan Xalq Cümhiyyətinin varisi olan bu günkü Azərbaycan və onun şanlı ordusu cəmi 44 gün ərzində dövlətinin, millətinin adından 200 ildən cox yaşı olan bir ləkəni təmizlədi və tarixə sübut etdi ki, cox qısa bir zaman kəsiyində böyük işlər görməyə və böyük qələbələr qazanmağa qadirdir. Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay ərzində gördüyü işlər tarixə sığmadığı kimi 44 günlük müharibədə də Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliven rəhbərliyi altında qazandığı əbədi qələbə də tarixə düşəcək.

Bu gün mübarək, müqəddəs, bəşəri və ilahi bir gündür. Bu gün həm də qanında, canında Azərbaycan sevgisi olan hər kəsin günüdür. Bu günün sevinci bir başqadır.  Bu sevincin içində qürur var, fəxarət var, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan dövlətinə və onun rəhbərinə inam var.

Qələbə dadlı, Zəfər ətirli Cümhuriyyət gününüz mübarək!

Yunus Oğuz,

yazıçı-publisist

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi