DİM sədri qəbul imtahanlarının birinci cəhdinin nə vaxt keçiriləcəyini AÇIQLADI

“Ali məktəblərə qəbul imtahanlarının vaxtını müəyyən kontingent müəyyən olunduqdan sonra elan edəcəyik”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib. O deyib ki, əvvəl imtahan tarixləri Təhsil Nazirliyi ilə birgə müzakirə əsasında müəyyən edilirdi: “Bu il isə karantin rejiminə görə tarixləri yalnız Operativ Qərargah təsdiq edəndən sonra elan edə bilirik. Sorğu göndərəndə görək konkret bilək ki, nə qədər adam sənəd verib, harda imtahan verəcək. Heç olmasa əsas kontingenti müəyyən edəndən sonra deyə bilərik ki, harada qəbul imtahanının birinci mərhələsi baş tutacaq. Aprel ayında buraxılış imtahanında təxminən 200-250 adam üzrlü səbəbdən iştirak etməyib. Həmin şagirdlər də o tarixdə regionlarında keçirilən imtahanda iştirak edəcəklər, bunun üçün biz məktəblərinə xəbər verəcəyik. Əvvəlki illərin məzunları da sənədlərini tez təqdim etməlidirlər. Çox güman ki, gələn həftə vaxtı elan edə biləcəyik. Birinci cəhd qəbul imtahanını iyul ayında keçirməyi nəzərdə tuturuq. İkinci cəhd olacaq ya olmayacaq, bilmirik, çalışacağıq ki, avqustda keçirək. Amma məsləhət görərdim ki, birinci cəhddə hamı iştirak etsin, çünki karantin sərtləşsə, avqustda ikinci cəhd olmaya da bilər”.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi