“Qanun layihəsi Şuşanın statusunu və təhlükəsizliyini daha da gücləndirəcək”

Qarabağ, ümumiyyətlə, işğaldan azad edilmiş bütün ərazilərimiz bizim üçün doğmadır, əzizdir. Bizim cəsur əsgər və zabitlərimizin şücaəti nəticəsində bu torpaqlarda erməni faşizminə son qoyuldu. Lakin Şuşanın yeri başqadır. Hər qarışı şəhid, qazi qanı ilə daha da müqəddəsləşən, qəhrəman, qorxmaz oğullarımızın nəfəsi ilə daha canlanan bu gözəl diyarın hər birimiz üçün xüsusi yeri var. Şuşanın işğaldan azad edilməsinin nəinki hər bir azərbaycanlı, eləcə də bütün türk dünyası üçün tarixi, siyasi, mənəvi əhəmiyyətə malikdir. Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın statusunu və təhlükəsizliyini daha da gücləndirəcəkdir.

Həmin Qanun layihəsinə görə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Sənəddə həmçinin, Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləmə, abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliği, ətraf mühitin mühafizəsi, Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyəti, o cümlədən mühüm sosial infrastrukturun təşkili və idarə edilməsi, sahibkarlıq, reklam, turizm və digər fəaliyyətləri, eləcə də Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi öz əksini tapmışdır. Bütövlükdə, qanun layihəsi yüksək səviyyədə hazırlanıb və konseptual baxımdan mükəmməl bir sənəddir.

Bu sənədin həm strateji, siyasi əhəmiyyəti vardır. Bu Qanundan Şuşaının gələcəkdə yalnız Cənubi Qafqazın deyil, ümumiyyətlə, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. 30 illik fasilədən sonra Qarabağa qovuşmuşuq və bizim hər birimiz maksimum çalışmalıyıq, dünyaya sübut etməliyik ki, Qarabağ Azərbaycandır! Bir daha torpaqlarımızı işğaldan azad edən, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən və bu istiqamətdə siyasi iradə və qətiyyət göstərən Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarıq. Və bu münasibətlə xalqımızı təbrik edirik.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,

professor Hicran Hüseynova

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib