“Nizami Gəncəvi: etnogenez və mifologiya” kitabı nəşr olunub

Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Nizami Gəncəvi: etnogenez və mifologiya” kitabı nəşr olunub.

Folklor İnstitutundan bildirilib ki, kitabda müəllifin 1986-cı ildə müdafiə etdiyi diplom işinin əsas mətni orijinalda olduğu kimi təqdim olunur. Əsərdə Azərbaycan – Oğuz mifologiyası, XII əsr intibah şəraitində Nizaminin mifoloji motivlərə müraciətinin nəzəri-estetik şərtləri və tarixi-etnik şəraiti, sənətkarın “Yeddi gözəl” poemasında təbiət və cəmiyyətin vəhdəti konsepsiyası, Bəhram və Oğuz ovçuluq kultu Bəkil, ictimai-əxlaqi ideya və əski əsatirlər, poemadakı “Xeyir və Şər” nağılında Azərbaycan – Oğuz əsatirlərindən istifadə, Bəhram şah və əski heyvandarlıq kultu ilə bağlı müdrik çoban kimi məsələlərdən bəhs olunur.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Mürsəl Həkimov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent İsrail Mustafayevdir.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi