Metronun gediş haqqı məsələsi gündəmdədir

Bakı metrosu artıq bir ilə yaxındır ki, faəliyyətini dayandırıb.

Olaylar.az xəbər verir ki, metrodan rəsmi açıqlamaya görə, ötən il 228 milyon sərnişinə xidmət göstərilməli idi. Amma insanlarımızın sağlamlığı, təhlükəsizliyi naminə görülən tədbirlər siyahısına metroda sərnişindaşıma prosesinin dayandırılması da daxil edilib. İl ərzində yeraltı nəqliyyatla 74 milyon 709 min 237 sərnişin daşınıb.

Bununla da, 2020-ci il planına əsasən, Bakı metrosunun qazancı 68 400 000 AZN olmalı idi. Lakin nəzərdə tutulandan 45 987 229 AZN-dən az, 22 412 771 AZN qazanıb. Bu il də metro qazanc əldə etməyib.

Rəsmi açıqlamada həmçinin bildirilir ki, Bakı metrosu adi rejimdə fəaliyyət göstərir. Yəni işçilərin məvacibi qrafikə uyğun verilir və digər fiks xərclər çəkilir. Bu da metro açılandan sonra gediş haqqının artacağı ilə bağlı fikirləri ortaya atır. Elə sosial şəbəkələrdə də bu barədə iddialar yer aılır.

Bəs Bakı Metropoliteni rəhbərliyi tərəfindən gediş haqlarının artırılması ilə bağlı hökumətə müraciət edilibmi?

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  bildirdi ki, hazırda gediş haqqının artımı ilə bağlı məsələ gündəmdə deyil.

“Bakı Metropolitenində sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı qurum Tarif Şurasına müraciət etməyib”, – deyə Bəxtiyar Məmmədov bildirib.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi