Bu günədək “düşmən minası”na düşən vətəndaşlarımızın sayı AÇIQLANDI
“Münaqişə bitəndən bəri 9-u mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həyatını itirib”.
Bunu BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, 8-i mülki şəxs olmaqla, 65 vətəndaş ağır yaralanıb: “Mina qurbanı olan 20 insanın həyatı xilas edilə bilərdi. Ermənistan bunu etmədi. Ermənistanın insan həyatına bais olan minaları basdırması müharibə cinayətidir”.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP