Türk dünyasının şərq və qərbini qovuşduran AZƏRBAYCAN – Mərkəzi Asiya ilə birbaşa nəqliyyat açılır

“Azərbaycan yerləşdiyi coğrafi koordinatlara görə digər türk ölkələrini bir-birinə bağlayan mərkəzi mövqeyə malikdir. Bu baxımdan türk dünyasının şərqi ilə qərbini birləşdirən bütün nəqliyyat magistralları Azərbaycandan keçir və bu ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası platformasında rolunu  dəfələrlə artırır”.

Bu fikirləri  millət vəkili Cavanşir Feyziyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması türkdilli ölkələr arasında əlaqələrin daha da intensivləşməsi üçün yeni imkanlar yaradacaq. “Müharibədən sonra yaranmış yeni reallıq şəraitində Azərbaycan Mərkəzi Asiyada yerləşən dost və qardaş ölkələr üçün Avropaya açılan qapıya çevrilir. Eləcə də qardaş Türkiyə Cümhuriyyəti Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan üzərindən Mərkəzi Asiya regionu ilə birbaşa nəqliyyat əlaqəsi əldə etmiş olur. Bütün bunlar Türk dünyasının iqtisadi, siyasi, mənəvi birliyinin güclənməsinə xidmət edəcək”.
Deputat Türk Şurası çərçivəsində aparılan dövlətlərarası əməkdaşlıq türkdilli ölkələrin parlamentləri arasında da qarşılıqlı faydalı əməkdaşlıqla müşayiət olunduğunu vurğulayıb.

O, qeyd edib ki, bu əməkdaşlıq  2009-cu ildə Bakıda təsis olunmuş Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) çərçivəsində aparılır.

“Türk Şurasına üzv olan ölkələrin milli parlamentlərinin sədrləri növbə ilə müddəti 1 il olmaqla TürkPA-ya sədrlik edirlər. TürkPA türkdilli ölkələrdə qanunvericilik bazasının təhlili və onların bir-birinə uyğunlaşdırılması istiqamətində çox faydalı iş aparır ki, bu da Türk Şurasının üzvü olan ölkələr arasında münasibətlərin daha da güclənməsi üçün əlverişli şəraitin yaranmasını təmin edir.

Çoxtərəfli ekspertlərin iştirakı ilə aparılan təhlillər nəticəsində türkdilli ölkələrin qanunvericilik bazasında aşkar olunan uyğunsuzluqlar Parlament Assambleyasının komitə və plenar iclaslarında geniş müzakirələrə cəlb olunur.

Konsensus yolu ilə əldə olunan ümumi yanaşmalar ayrı-ayrı layihələr və tövsiyələr şəklində Türk Şurası üzvlərinin hökümətlərinə təqdim olunur. TürkPA tərəfindən qəbul olunan qərarlar və bu qərarlar əsasında türkdilli dövlətlər tərəfindən həyata keçirilən bütün layihələr bütövlükdə türk regionunun birgə inkişafına xidmət edir”.


 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    One thought on “Türk dünyasının şərq və qərbini qovuşduran AZƏRBAYCAN – Mərkəzi Asiya ilə birbaşa nəqliyyat açılır

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi