Xocalı soyqırımı İngiltərə mətbuatında

Böyük Britaniyanın The London Post saytında Azərbaycan millət vəkili Cavanşir Feyziyevin və Böyük Britaniya Nümayəndələr Palatasının üzvü Bob Blakmənin birgə müəllifi olduqları məqalə çap olunub. “Xocalı soyqırımı və onun qurbanları” adlı məqalə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunub.

Məqalədə bildirilir ki, 1945-ci ildən sonra yaradılmış və bütün dünya tərəfindən qəbul olunmuş  beynəlxalq norma və prinsiplərə zidd olaraq, Azərbaycanının ərazi bötövlüyünə qarşı silahlı hücum yolu ilə onun Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun işğal olunması və bu ərazilərdən bütün Azərbaycanlıların etnik təmizlənməyə məruz qoyulması sadəcə Ermənistan tərəfindən beynəlxalq qanunların pozulması deyil.  Hələ 1980-ci illərdən başlayaraq son 30 il ərzində Ermənistan dövləti Azərbaycana qarşı çoxsaylı müharibə cinayətləri, insanlığa qarşı cinayət və soyqırımı cinayətləri törədib. Bu cinayətlər yüz minlərlə Azərbaycanlının fundamental insan haqlarından, o cümlədən öz dogma tooröaqlarında yaşamaq hüququndan məhrum olması ilə nəticələnib.

Məqalədə Xocalı Soyqırımının tarixi və təfərrüatları barəsində geniş məlumat verilib. Müəlliflər həmçinin 27 sentyabr – 10 noyabr tarixlərində baş vermis 44 günlük Vətən müharibəsinin nəticələri haqqında da Britaniya oxucularına məlumat verib, torpaqlarımızın azad olunmasını ədalətin bərqərar olunması kimi dəyərləndiriblər. Məqalə müəllifləri Bob Blaəkmən və Cavanşir Feyziyev bildiriblər ki, ərazi bütövlüyünün təmin olunması Ermənistanı Azərbaycana qarşı törətdiyi cinayətlərə görə məsuliyyətdən azad edə bilməz. Son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan ərazisində törədilmiş bütün cinayətlər, o cümlədən Xocalı soyqırımı ən xırda detallarına qədər öyrənilməli və Ermənistan beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidir.

Məqalənin original variantını aşağıdakı linkdə ingilis dilində oxuya bilərsiniz.

http://thelondonpost.net/azerbaijanis-commemorate-29th-anniversary-of-national-grief-khojaly-genocide-and-its-victims/

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib