bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkom

Demokratik cəmiyyətdə siyasi dialoq zərurəti – Cavanşir Feyziyev yazır

Demokratik cəmiyyətlərdə məsələlərə fərqli baxış , fərqli yanaşma və fərqli dəyərləndirmə siyasi qütblər arasında gedən mübarizənin əsas atributlarıdır. Fərqli mövqelər arasında ziddiyyətlərin mövcudluğu da təbii hesab olunur və bu ziddiyyətlərin aradan qaldırılması tarixi təcrübə əsasında formalaşmış siyasi dialoq vasitəsilə həyata keçirilir.

Siyasi dialoq ən azı iki və əsasən daha çox ideologiya daşıyıcıları arasında mümkün olan qarşılıqlı müzakirə, debat, məşvərət və s kimi xarakterizə olunan sosial-siyasi bir mühitdir. Dialoqun tərəfləri vahid sosial məkanda fərqli və bir çox hallarda daban-dabana zidd olan ideologiya və maraqların təmsilçiləridir.

Siyasi dialoqun başlıca məqsədi konsensusun əldə edilməsidir. Amma konsensusun əldə edilməməsi də heç bir halda dialoq zərurətini sıfırlaşdırmır, əksinə daha çox və daha intensiv dialoqa ehtiyac olduğunu göstərir. Beləliklə, siyasi partiyalar arasında dialoq siyasi rəhbərin istəyi, tələbi və arzusu olmaqdan daha çox, bütövlükdə demokratik siyasi sistemin funksioanl xüsusiyyətidir və buna görə də müasir cəmiyyətdə dialoqsuz və ya dialoqdan kənarda siyasi fəaliyyət sadəcə mövcud və mümkün deyil.

Təcrübə göstərir ki, siyasi dialoq bütün səviyyələrdə zəruridir. Partiyadaxili münasibətlərdə dialoq mühiti bir partiyanın bütün üzvləri tərəfindən vahid ideologiyanın, vahid fəaliyyət istiqamətinin və platformasının yaradılmasını təmin edir və belə bir partiya rəqabət meydanında daha güclü olur. Bir qədər geniş miqyasda – partiyalar arası münasibətlərdə siyasi dialoq mühitinin doğurduğu konstruktivizm daha çox siyasi fikir mərkəzlərinin bu və ya digər məsələ ətrafında vahid mövqeyinin formalaşmasını təmin edir və beləliklə konsensus yolu ilə birləşmiş siyasi güc mərkəzi formalaşır. Eyni məntiqlə bir ölkə çərçivəsində bütün siyasi partiyaların siyasi dialoq vasitəsilə bu və ya digər məsələdə konsensus əldə edə bilməsi həmin partiyaların fəaliyyətdə olduğu dövlətin özünü gücləndirən, onun rəqabət qabiliyyətini artıran mühüm bir zərurətə çevrilir. Bu tezisin əyani təsdiqi üçün Azərbaycanın siyasi həyatından ən yeni bir nümunəni xatırlatmaq istərdim. 2-ci Qarabağ müharibəsi ərəfəsində ölkədə formalaşmış pozitiv siyasi dialoq mühitində müxtəlif yönümlü siyasi qüvvələr arasında konsensusun əldə edilməsi 44 günlük müharibədə şanlı qələbəmizi şərtləndirən əsas amillərdən biri oldu. Təəssüf ki, 1-ci Qarabağ müharibəsi illərində cəmiyyətdə və ilk növbədə o zamankı siyasi qüvvələr arasında belə bir konsensusun əldə olunması mümkün olmadı və məlum faciəvi nəticə qaçılmaz oldu.

Yuxarıda təsvir etdiyim siyasi dialoq paradiqmasının dövlətlər arası münasibətlərə ekstrapolyasiya edilməsi ortaq yanaşma əsasında güclü regional birliklərin meydana çıxmasına və beynəlxalq siyasət müstəvisində konsolidə olunmuş daha böyük güc mərkəzi kimi çıxış etməklə ayrı-ayrı regionların rəqabət qabiliyyətinin artmasına şərait yaradır. Bunun da müasir dövrümüzdə ən bariz nümunəsi daim təkmilləşməkdə olan Avropa Birliyi hesab oluna bilər. Bu günkü Avropa Birliyi məhz antaqonist güclər arasında siyasi dialoq fenomeninin məhsuludur.

Beləliklə, siyasi dialoq hər bir dövlətin dayaqlarının möhkəmləndirilməsi və beynəlxalq siyasi rəqabət meydanında daha uğurlu ola bilməsinin əsas şərtlərindəndir. Bu zərurətin siyasi fəaliyyətin bütün iştirakçıları tərəfindən dərk edilməsi bütövlükdə ölkənin siyasi mühitini daha işlək və daha intensiv fəaliyyət meydanına çevirir.

Bütün bunlar siyasi dialoq anlayışının nəzəri tərəfləridir. Məsələnin praktik tərəfinə gəldikdə, biz Azərbaycanda siyasi dialoq mühitinin formalaşmasının keçdiyi yolu təhlil etməklə bu gün hansı mərhələdə olduğumuzu dəyərləndirməli və gələcək dövrdə siyasi dialoq mədəniyyətinin inkişaf etdirilməsi üçün müvafiq yol, üsul və vasitələri müəyyənləşdirməliyik.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çoxpartiyalı siyasi sistemə əsaslanan dövlət quruculuğuna başlayıb. Hazırda ölkədə 50-dən çox siyasi partiya, 4000-dən çox GHT və İctimai Birliklər fəaliyyət göstərir. Bəzi partiya rəhbərlərinin düşündüyü kimi, ölkədə siyasi mühitin üzvləri təkcə siyasi partiyalar deyil. GHT-lər və İctimai Birliklər də öz növbəsində siyasi fəaliyyətin iştirakçılarıdır və onların da bir çox məsələlərdə fərqli mövqeləri və baxışları var. Bir qayda olaraq GHT və İB-lər dialoqa daha meylli qurumlar kimi tanınır və ona görə də bu qurumların fəaliyyəti dialoq mühitinin formalaşmasında pozitiv komponent kimi qiymətləndirilməlidir.

Siaysi dialoqun iştiarakçılıq dairəsi sadəcə sadaladığım qurumlarla da məhdudlaşmır. Kütləvi informasiya vasitələri də birbaşa olmasa da dolayısı ilə siyasi dialoqun passiv iştirakçıları qismində çıxış edirlər və onların göstərdiyi fəaliyyət də fərqli siyasi baxışların daha geniş müzakirə auditoriyasına çıxarılmasında və dəyərləndilməsində önəmli rol oynayır.

Hazırda Azərbaycanda belə geniş dairəni əhatə edən siyasi dialoq mühitinin formalaşması prosesi gedir və son zamanlar müəyyən uğurların əldə olunması da faktdır. Ölkə Başçısı tərəfindən dövlət quruculuğu sahəsində aparılan davamlı islahatlar, o cümlədən son illərdə Prezident Administrasiyasında yaradılmış siyasi partiyalarla və qanunvericilik orqanları ilə münasibətləri tənzimləyən şöbənin uğurlu fəaliyyəti siyasi dialoq mühitinin inkişafına dinamizm gətirib və ictimai-sosial mühitdə pozitiv dəyişikliklərə təkan verib.

Keçən il martın 10-da 6-cı çağırış Milli Məclisin açılış iclasında çıxış edərkən Az Prezidenti İlham Əliyev bildirmişdi ki, “…Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır, … siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz… Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.” Dövlət başçısının tövsiyyələri tezliklə MM-in yeni strukturunun formalaşmasında öz əksini tapdı və hazırda parlamentdə təmsil olunan bütün siyasi qüvvələrin konstruktiv dialoq mühitində fəaliyyət göstərdiyini müşahidə edirik.

Lakin tək parlament çərçivəsində siyasi dialoq mədəniyyətinin təşəkkül tapması kifayət deyil. Unutmaq olmaz ki, müstəqilliyimizin bərpa olunması ilə Azərbaycan özündən qat-qat güclü və zəif dövlətlərin də mövcud olduğu kəskin bir beynəlxalq siyasi rəqabət meydanına daxil olub. Bu rəqabətdə dövlətimizin gücü əhəmiyyətli dərəcədə daxili ictimai-siyasi sabitlikdən asılıdır. Bu sabitliyin əldə olunması isə həm parlamentdaxili, həm də parlamentdən kənar bütün siyasi qüvvələrin qarşılıqlı fəaliyyətindən asılıdır. Məhz belə geniş bir çərçivədə konsolidasiya ölkəmizin beynəlxalq siyasət müstəvisində də gücünü artırır.

Bir sıra post-sovet və Yaxın Şərq ölkələrinin misalında biz daxili qeyri-sabitliyin acı nəticələrini aydın görə bilirik. 30 illik müstəlliyimiz müddətində Azərbaycan dövlət rəhbərliyinin apardığı məqsədəyönlü siyasət ölkəmizi o cür acınacaqlı vəziyyətlərdən kənarda saxlaya bilib. Lakin beynəlxalq siyasətdə Azərbaycana qarşı rəqabət aparan qüvvələr daim bu sabitliyin pozulmasında və dövlətçiliyin zəiflədilməsində maraqlıdırlar və bu da təbiidir. Məhz bu səbəbdən ölkədaxili geniş siyasi dialoq milli təhlükəsizlik məsələsi kimi dərk olunmalıdır. Bu reallığın dərk olunması bütün ölkədaxili siyasi qüvvələri konsensus əldə olunmasına yönəltməli və istisnasız olaraq bütün siyasi partiyalar cəmiyyətdə demokratik inkişafın dərinləşməsi və bu əsasda dövlətimizin beynəlxalq birlikdə öz layiqli yerini tutması üçün siyasi dialoqa öz töhfəsini verməlidir. Müasir dövrdə demokratik cəmiyyətlərdə siyasi dialoqdan kənarda yer almaq siyasi intihar demək olardı.

Cavanşir Feyziyev

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP