Rotterdam şəhərində Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş sərgi təşkil edilib.

Sərgi çərçivəsində BAK-ın idarə heyətinin üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Rotterdam şəhərinin mərkəzində yerləşən “Qarabağ” idman klubunda gerçəkləşdirilən sərginin əsas ekspozisiyalarını Niderlandda yaşayan rəssamlar Vəfa Rüstəmova və Rasim Hüseynovun Xocalı soyqırımına həsr olunmuş sənət əsərləri təşkil edir. Bu rəsm əsərləri indiyədək Niderlandın bir çox sərgi və qalereyalarında təqdim olunub və yerli sənətsevərlərdə böyük maraq doğurub. Sərgidə həmçinin Azərbaycanın Niderlanddakı səfirliyinin təqdim etdiyi fotomateriallar, kitablar, Rotterdam həftəsonu məktəbinin şagirdləri və Haarlemdəki “Körpə fidanlar” teatrının uşaq qrupu tərəfindən çəkilən rəsmlər nümayiş etdirilir. 

Pandemiya məhdudiyyətlərinə baxmayaraq, sərgi yerli sakinlərdə maraq doğurub. Sərgiyə gələn niderlandlılara Xocalı soyqırımı barədə ətraflı məlumat verilib və erməni terrorundan bəhs edən kitablar hədiyyə edilib. Qeyd edilib ki, erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə törətdikləri vandalizm və soyqırımı aktı xalqımızın yaddaşından heç vaxt silinməyəcək.

Sərgi iki həftə davam edəcək. 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi