İsveçdə “Ana dilim – Şirin dilim” adlı tədbir keçirilib

İsveç Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü, Koordinasiya Şurasının üzvü  olan “Odlar Yurdu” İsveç–Azərbaycan Mədəniyyət Dərnəyinin və  Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Beynəlxalq Ana dili gününə həsr olunmuş  “Ana dilim – Şirin dilim” adlı tədbir keçirilib. 

Tədbirdə “Odlar Yurdu” İsveç–Azərbaycan Mədəniyyət Dərnəyinin sədri Sevinc Nemətova, Koordinasiya Şurasının İsveç, Finlandiya, Norveç üzrə əlaqələndiriciləri  İradə Əliyeva Söderberg, Ülviyyə Cabbarova və Ramil Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Almaniya, Türkiyə, Azərbaycanda yaşayan soydaşlarımız  iştirak ediblər. 

Tədbirdə çıxış edənlər Beynəlxalq Ana dili Gününün yaranma tarixi və mahiyyəti barədə danışıblar. Bildirilib ki, doğma dil hər bir xalqın milli-mədəni sərvətidir, çünki onu yaşadan və zənginləşdirən də cəmiyyətdir. Qeyd edilib ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir insan öz Ana dilini bilməli, qorumalı və gələcək nəsillərə ötürməlidir. Skandinaviya ölkələrində Azərbaycan dili üzrə tədris və təbliğin ardıcıl, sistemli və əlaqələndirilmiş şəkildə genişləndirilməsi təşəbbüsü irəli sürülüb. 

Tədbir azyaşlı uşaqların Ana dilinə həsr olunmuş şeirləri ifa etməsi və görkəmli Azərbaycan bəstəkarı Emin Sabitoğlunun bəstələdiyi “Şirin dil” mahnısının səsləndirilməsilə yekunlaşıb. 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi