Ermənistanın ABŞ siyasətinə təsir gücü

Uğurlu dövlət quruculuğunun və davamlı inkişafın sadə və hamı tərəfindən sınanılmış dönməz bir yolu var. Yerləşdiyi regionun və bütövlükdə dünyanın dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq hər bir dövlətin təhlükəsizliyi və davamlı inkişafının birinci zəmanətidir. Bu halda Ermənistanın təhlükəsizliyi və davamlı inkişafının qonşu dövlətlərdən – Türkiyə, Azərbaycan, Gürcüstan və İrandan birbaşa asılı olduğunu görməmək mümkün deyil.

Ərazisində Rusiya hərbi bazasının mövcudluğunu və ölkənin həyati vacib infrastruktur vahidlərinin Rusiyaya məxsus olduğunu nəzərə alsaq, Ermənistan həm də onunla birbaşa qonşu olmayan Rusiyadan çox asılıdır. Məhz ona görə də Ermənistanla bağlı bütün regional, iqtisadi-sosial və ən başlıcası isə, siyasi məsələlər ilk növbədə Rusiya ilə müzakirə olunur. Buna baxmayaraq Ermənistan siyasi dairələrinin Qərblə Rusiya arasında daimi ziq-zaqvari reveransları göstərir ki, bütün bunlar Ermənistanın nə iqtidar, nə də müxalifət düşərgəsində dərk olunur.

Bir tərəfdən, Rusiya ilə münasibətləri sıxlaşdırmaq və hətta yeni rus hərbi bazalarını öz ölkəsinə yerləşdirmək haqqında fikirlər səsləndirilir, digər tərəfdən ABŞ-Rusiya münasibətlərinin kəskinləşdiyi bir dövrdə ABŞ-ın himayəsinə sığınmaq və Qərb dövlətlərini bölgəyə cəlb etməklə münaqişənin uzadılması ideyası ətrafında reveranslar edilir ki, bu da Ermənistan siyasətindəki ziddiyyətləri açıq-aydın göstərir. Erməni siyasəti tarixən digər güc sahiblərinin arasındakı ziddiyyətlər üzərində “konkret bir şəraitdə kimə yarınmaq” prinsipi əsasında qurulub və bu gün də həmin siyasi xətt olduğu kimi davam etdirilməkdədir. Mümkün olan bütün güc mərkəzlərinə özünün “forpost” rolunu təklif edən ermənilər özlərinin nəyə nail ola biləcəkləri haqqında heç düşünmək belə istəmirlər.

“Böyük Ermənistan” uğrunda 100 illik mübarizənin fiasko ilə nəticələnməsi də erməni siyasətçilərini düşünməyə və məntiqə əsaslanan inkişaf yolu seçməyə vadar edə bilmədi. 44 günlük savaşın ağır məğlubiyyətindən hələ özünə gələ bilməyən Ermənistan indi də ümidlərini ABŞ-ın yeni prezidentinə dikib. Yenicə fəaliyyətə başlamış ABŞ prezidenti Cosef Baydenin demokratlar partiyasını təmsil etməsi, 2 erməni əsilli şəxsi öz administrasiyasına işə qəbul etməsi Ermənistanda böyük eyforiya ilə qarşılanıb. Lakin bunun ermənilərin istədiklərini əldə etməsinə faydası olmayacaq.

Birincisi, ona görə ki, Azərbaycanın torpaqlarının 30 il ərzində məhz Ermənistan tərəfindən işğal olunması faktı ABŞ administrasiyasına yaxşı məlumdur. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu münaqişənin mahiyyəti ilə yaxından tanışdır. Bu məsələdə ermənilərin ABŞ-ı aldatmaq imkanları yoxdur.

İkincisi, ABŞ-ın bölgədəki maraqları onu Azərbaycanla işbirliyinə və qarşılıqlı faydalı əməkdaşlığa sövq edir. Bu əməkdaşlıq artıq uzun müddətdir ki, artan xətlə inkişaf etməkdədir. Qlobal əməkdaşlıq meydanında Azərbaycanın elə bir çəkisi var ki, hər hansı regional miqyaslı məsələlərin həllində onunla hesablaşmamaq mümkün deyil. Eyni fikri ABŞ-Ermənistan münasibətləri haqqında demək mümkün deyil. Ermənistan hələlik bunu da anlamır.

Üçüncüsü, ABŞ-ın bölgəyə münasibəti sadəcə ABŞ-Azərbaycan və ABÇ-Ermənistan münasibətləri demək deyil və yalnız bu paraqdiqmadan irəli gəlmir. ABŞ-ın bizim bölgəmizə münasibəti bu regionun güc mərkəzləri ilə ABŞ arasındakı münasibətlərin balansından da çox asılıdr. Bu baxımdan, ABŞ-Türkiyə, ABŞ-Rusiya, ABŞ-İran və hətta ABŞ-İsrail münasibətləri yeni administrayanın Cənubi Qafqazla bağlı siyasətinin formalaşmasında mühüm rol oynayacaq. Məlum olduğu kimi, adı çəkilən dövlətlərin hamısı ilə Ermənistanın münasibətləri kifayət qədər aydın və şəffaf deyil. Belə bir şəraitdə erməni siyasətçilərinin xoş xəyallarına rəğmən Ermənistanın ABŞ siyasətinə təsir gücü sıfıra bərabərdir.


Müəllif: Cavanşir Feyziyev

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İsrail və Qətər arasında münasibətlərin normallaşdırılması məqsədilə iki ölkənin nümayəndələri arasında Nyu-Yorkda gizli görüş keçirəcək. “Axios” iki mənbəyə istinadən məlumatı təsdiqləyib. Məlumata görə, görüşdə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir