Lütfi Zadənin xatirəsinə həsr olunmuş yeni nəşr

İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovun “İqtisadiyyatda qeyri-səlis modellər” kitabı “Springer” nəşriyyatında çap edilib.

Bu barədə  institutdan məlumat verilib. Bildirilib ki, kitab AMEA-nın fəxri (xarici) üzvü olmuş professor Lütfəli Ələsgərzadənin (Lütfi Zadə) xatirəsinə həsr edilib. Kitabın redaktoru Polşa Elmlər Akademiyasının həqiqi üzvü, akademiki Yanuş Kapçikdir. Nəşrə “Ön söz”ü İspaniyanın İqtisadiyyat və Maliyyə Kral Akademiyasının prezidenti, professor Ceym jil Aluca yazıb.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP