Avstriyaya səfər edənlər xüsusi qeydiyyatdan keçməli olacaqlar

Yanvarın 15-dən etibarən Avstriyaya səfər edənlər koronavirus pandemiyası ilə əlaqədar xüsusi qeydiyyatdan keçməli olacaqlar.

Onlayn qeydiyyat öhdəliyi təkcə əcnəbilərə deyil, eyni zamanda, Avstriya vətəndaşlarına da şamil olunacaq. Avstriya Federal Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, xaricdə yaşayan təxminən 200 min Avstriya vətəndaşlarına artıq bu barədə məlumat email vasitəsilə göndərilib.

Qeyd edilib ki, yanvarın 15-dən sonra ölkəyə daxil olan hər bir şəxs üçün özünütəcrid müddəti qüvvədə olacaq və yalnız özünütəcridin 5-ci günü koronavirusa qarşı testdən keçib, ev şəraitində karantinə son qoymaq mümkün olacaq. Ölkə ərazisindən tranzit kimi istifadə edənlər, eləcə də qonşu ölkələrin ərazisində əmək fəaliyyəti ilə məşğul olan və gündəlik olaraq sərhədi keçən şəxslərə bu qaydalar şamil olunmayacaq.

Nazirliyin açıqlamasında, həmçinin bildirilib ki, epidemioloji vəziyyətin daha yaxşı olduğu ölkələrdən Avstriya ərazisinə daxil olacaq şəxslərə karantin tətbiq olunmasa da, onlar onlayn qeydiyyat öhdəliyindən yaxa qurtara bilməyəcəklər. Ölkələrin müvafiq siyahısı yaxın günlərdə tərtib ediləcək və onlayn qeydiyyat zamanı əlaqə məlumatları ilə yanaşı, Avstriyaya səfərdən öncəki günlərdə hansı ölkələrə səfər edilməsi də qeyd edilməli olacaq. Bununla da səfərdən öncə riskli regionlarda olan şəxslərin müəyyən edilməsi və onların karantinə alınması mümkün olmalıdır.

Avstriya ərazisinə daxil olan şəxslər pasport qeydiyyatı zamanı doldurulmuş onlayn formaların göndərilməsini təsdiqləyən məlumatı elektron və çap olunmuş variantda təqdim etməlidirlər.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi