Həştərxan və Nərimanov icra hakimiyyətləri arasında onlayn görüş keçirildi – Fotolar

Həştərxan vilayətinin və Bakının Nərimanov rayonunun icra hakimiyyətlərinin nümayəndələri, millət vəkilləri, ictimai təşkilatların nümayəndələri, yerli tarixçilər, Rusiya və Azərbaycandan olan jurnalistlər onlayn görüşdə iştirak ediblər. Tədbir, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi günü ərəfəsində baş verdiyi üçün tədbir iştrakçıları onun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

İki saat davam edən konfrans zamanı, taleyi Həştərxan vilayəti ilə sıx bağlı olan Nəriman Nərimanovun həyatındakı əsas mərhələlər sadalanıb. Gündəm yalnız Həştərxan bölgəsi ilə Azərbaycan arasında münasibətlərdə hadisələrin təhlili deyil, həm də bölgələrarası səviyyədə qarşılıqlı fəaliyyət planlarının müzakirəsi olub.

Həştərxan vilayətinin Beynəlxalq Əlaqələr Agentliyinin rəhbəri Vladimir Qolovkov çıxışında qeyd etdi ki – Xəzər bölgəsində Həştərxan vilayəti üçün Azərbaycan əsas tərəfdaşlardan biridir. Bizim əməkdaşlığımızın nəhəng potensialı var. Və biz bu münasibətlərin bütün istiqamətdə Azərbaycandan olan dostlarımız və tərəfdaşlarmız ilə inkişaf etdirməyə maraqlıyıq.

Bakının Nərimanov rayonu icra hakimiyyətinin rəhbəri Abdin Fərzəliyev xatırladıb ki, Azərbaycan ilə Həştərxan vilayəti arasındakı münasibətlər qədim tarixə malikdir. Onlar SSRI dövründə olduğu kimi, indi də yüksək səviyyədə qalmaqda davam edirlər. Iki ölkənin prezidentləri I.Əliyev və V.Putin müasir mərhələdə onların inkişafına təkan veriblər. Bunun sübutu Həştərxan şəhərində Heydər Əliyev Fondu ilə birgə Azərbaycan Prezidentinin şəxsi dəstəyi sayəsində həyata keçirilən bir sıra mühüm sosial-iqtisadi və humanitar layihələrdir. Görülən işlər haqqında “Azərbaycan Sosial-Iqtisadi və Mədəni Əməkdaşlığa Kömək Mərkəzi” regional ictimai təşkilatının sədri, Həştərxan şəhərinin fəxri vətəndaşı Ədalət Hüseynov ətraflı məlumat verib.

“Nəriman Nərimanov öz dövründə Azərbaycan və Rusiya arasındaki münasibətlərə əhəmiyyətli töhvələr verib və ölkəmizin tarixində nəzərəçarpacaq iz buraxıb”, – Azərbaycan Rus Icması sədrinin müavini, CBC TV-də “Qlobal müzakirə” verilişinin aparıcısı Anastasiya Lavrina deyib – Müasir dövrdə ölkələrimiz üçün yeni imkanlar açılır, xüsusəndə “Şimal- Cənub” layihəsi çərçivəsində ” birgə nəqliyyat – logistik ləyihələri.

A.Lavrinanın fikrincə, Həştərxan şəhərində Azərbaycan Işgüzar Mərkəzinin və Azərbaycanın paytaxtında Həştərxan Biznes Mərkəzinin uğurla fəaliyyət göstərməsi vacibdir. O, Həştərxan Dövlət Universiteti rəhbərliyinin Bakıda açılacaq Həştərxan Biznes Mərkəzinin nəzdində rus dili tədrisi mərkəzinin açılması ideyasını dəstəkləyib.

Birgə investisiya, sosial və humanitar layihələrin həyata keçirilməsi üçün bütün şərtlərin mövcud olduğunu, Həştərxan və Bakıda əvvəllər tikilmiş dostluq obyektlərini xatırlayaraq gələcəyə baxmalıyıq”- Azərbaycan TV-nin siyasi müşahidəçisi, politoloq Tofik Abbasov deyib.

Bunun üçün də qarşılıqlı əlaqənin yeni formatlarını həyata keçirmək lazımdır. Ekspertin fikrincə, innovativ texnologiyaları tətbiq etmək, birgə sənaye parklarını yaratmaq, təhsil müəssisələrinin elmi potensialını fəal şəkildə birləşdirmək, Bakı və Həştərxan müəssisələri arasında birbaşa əlaqələr qurmaq lazımdır.

“Nəriman Nərimanovun adı nəinki rayonumuzu Azərbaycanla əlaqələndirir, bundan əlavə, uzunmüddətli iqtisadi əlaqələrimizdə var “, – deyə Həştərxan vilayətinin Nərimanov rayonunun rəhbəri Valeri Alcanov çıxışında bildirib.

Vaxtilə rayon ərazisində Azərbaycanın Xəzər neft sənayesində işləmək üçün dəniz neft platformalarının istehsalı üçün “Lotos” gəmiqayırma zavodu tikilmişdir ki, bu gün də eyni adı daşıyan xüsusi iqtisadi zonanın çapa rezidentidir. Yeri gəlmişkən, “Lotos” SİZ-in  rezidentlərindən biri də Azərbaycanın “Atef Russ” şirkətidir.

“Bundan başqa, rayonumuzun turizm, kənd təsərrüfatı, eləcə də mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi digər fəaliyyət sahələrində də əməkdaşlığın inkişafı üçün yaxşı potensialı var. Biz Bakının Nərimanov rayonundan olan tərəfdaşlarla müxtəlif fəaliyyət sahələrində uzunmüddətli əsaslarla əməkdaşlığı inkişaf etdirməyə və tərəfdaşlıq haqqında saziş bağlamağa hazırıq ” – Valeri Alcanov qeyd edib

Bu fikri Nərimanov rayon Icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev dəstəkləyib. O, bu sənədin Bakıda Həştərxan Biznes Mərkəzinin açılışına həsr olunmuş tədbirlər çərçivəsində hazırlanmasını və imzalanmasını təklif edib. Bu məramların həyata keçirilməsi gələn ilin martı ayına planlaşdırılıb.

Həştərxan və Nərimanov icra hakimiyyətləri arasında onlayn görüş keçirildi - Fotolar
Həştərxan və Nərimanov icra hakimiyyətləri arasında onlayn görüş keçirildi - Fotolar
Həştərxan və Nərimanov icra hakimiyyətləri arasında onlayn görüş keçirildi - Fotolar
Həştərxan və Nərimanov icra hakimiyyətləri arasında onlayn görüş keçirildi - Fotolar
Həştərxan və Nərimanov icra hakimiyyətləri arasında onlayn görüş keçirildi - Fotolar
Həştərxan və Nərimanov icra hakimiyyətləri arasında onlayn görüş keçirildi - Fotolar
Həştərxan və Nərimanov icra hakimiyyətləri arasında onlayn görüş keçirildi - Fotolar

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP