Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyevə

Cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz!!!
Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini sonsuz sevinc və fərəh hissi ilə
qarşıladıq. Şuşa xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacıdır. Bu sevinci
xalqımıza, dünya azərbaycanlılarına bəxş etdiyiniz üçün Sizə, müzəffər Azərbaycan
ordusuna eşq olsun!!!
Cənab Ali Baş Komandan, uzun illərdir gözlədiyimiz müraciətinizlə bu şad xəbəri
xalqımıza çatdırarkən, hər zaman olduğu kimi, bizləri – xaricdə yaşayan
azərbaycanlıları da unutmadız, xüsusi qeyd etdiz.
Biz xaricdə yaşayan azərbaycanlılar, azərbaycanlıların Koordinasiya Şuraları,
Azərbaycan evləri, bir sözlə Azərbaycan diasporu olaraq hər zaman Sizin, dövlətimizin
yanındayıq. Hər birimiz Ali Baş Komandanın əsgərləriyik.
Sizin tövsiyələrinizə uyğun olaraq, hər zaman həqiqətləri təbliğ etmək, dövlətimizin
haqq səsini dünyaya çatdırmaq Azərbaycan diasporunun fəaliyyətinin prioritetini təşkil
edib.
Cənab Ali Baş Komandan, bundan sonra da Sizin rəhbərliyinizlə, işğaldan azad
edilən Şuşamızın, Cəbrayılımızın, Füzulimizin və digər ərazilərimizin yenidən qurulması,
işğaldan əvvəlkindən də daha gözəl şəkildə dirçəldilməsi üçün əlimizdən gələni
edəcəyik.
Cənab Prezident, icazə verin xaricdə yaşayan azərbaycanlıların sevinc və
minnətdarlıq dolu təbriklərini Sizə çatdıraq. Allah Sizi və müzəffər Ordumuzu qorusun!!!
QƏLƏBƏMİZ MÜBARƏK OLSUN!!!

Dərin hörmət və ehtiramla,
Xaricdə yaşayan azərbaycanlıların Koordinasiya Şuraları
Xaricdəki Azərbaycan evləri

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi