Dünya azərbaycanlıları Şuşa şəhərinin azadlığını qeyd edir

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının iştirakı ilə Qarabağın
incisi, qədim mədəniyyət mərkəzimiz Şuşa şəhərinin işğaldan azad olunması ilə
bağlı virtual görüş keçirib.
Xaricdəki Azərbaycan evlərinin, Koordinasiya Şuralarının, Qarabağ məktəblərinin
təmsilçiləri, diaspor üzvləri əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Ali
Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı
bugünkü tarixi çıxışına yenidən birlikdə tamaşa ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan
soydaşlarımızı bu misilsiz qələbə münasibətilə təbrik edib və qeyd edib ki, “Bu,
rəşadətli Azərbaycan Ordusunun qələbəsi, Azərbaycan Prezidenti İlham Əliyevin
tarixi qələbəsidir. Mən Ali Baş Komandana sizin hər birinizin təşəkkürünü
çatdırıram”.
Komitə sədri daha sonra bildirib ki: “Son illər dünya azərbaycanlılarının birliyi
daha da möhkəmlənib, biz bunu Koordinasiya Şuralarının, Azərbaycan evlərinin
yaranması ilə daha sıx müşahidə etdik. Bu gün dünyanın hər yerində Qarabağa
dəstək aksiyaları keçirilir, soydaşlarımız haqq səslərini daha ucadan qaldırırlar”.
Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov
Azərbaycan xalqını böyük qələbə münasibətilə ailələri adından təbrik edib və bu
əvəzsiz sevinci bizə yaşadan şanlı Ordumuza daha böyük uğurlar arzu edib.
Çıxış edənlər bildiriblər ki: “Dövlət Bayrağı Günü ərəfəsində qədim şəhərimizin
işğaldan azad edilməsi, müqəddəs bayrağımızın burada dalğalanması
Azərbaycanın möhtəşəm qələbəsidir. Biz tariximzin ən şərəfli gününü yaşayırıq.
Bu şərəfli tarixi yaradan Ordumuza və Ali Baş Komandana minnətdarıq. Hörmətli

Ali Baş Komandan, Sizin adınız bu qələbə tarixinin ən gözəl səhifəsində qızıl
hərflərlə yazılıb”.
Serbiya, Polşa, Macarıstan, Slovakiya, İsveçrə,  İsveç, Norveç, Finlandiya,
Niderland, İngiltərə, İsrail, Kanada, Estoniya, Latviya, Litva, Yunanıstan,
Danimarka, Çex Respublikası, İtaliya, Malta, İspaniya Krallığı, ABŞ, Almaniya,
Fransa, Avstriya, Avstraliya, Türkiyə və Rusiyadan 54 soydaşlarımızın iştirak
etdiyi görüşdə Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında
Azərbaycan diasporunun əvəzsiz xidmətləri, keçirilən etiraz aksiyalarının
əhəmiyyəti barədə də danışlıb, diasporun təşkilatlanmasının mühüm nəticələri ilə
bağlı fikir mübadiləsi aparılıb.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib