Ordu şəhərində Gəncə və Bərdə terroruna etiraz olaraq avtoyürüş keçirilib

Türkiyənin Ordu şəhərində Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin
təşkilatçılığı ilə işğalçı Ermənistanın dinc əhaliyə qarşı törətdiyi terror aktlarına etiraz
olaraq avtoyürüş keçirilib.
Ordu şəhərindəki azərbaycanlıların və yerli cəmiyyətin iştirakı ilə baş tutan aksiyada
Azərbaycan və Türkiyənin bayraqları dalğalandırılıb. Aksiyadan öncə Azaflı Sosial
Yardım və Mədəniyyət Dərnəyinin adından dünya ictimaiyyətinə ünvanlanmış
bəyanatın mətni səsləndirilib. Bəyanatda Azərbaycanın Gəncə və Bərdə
şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin təcavüzkar Ermənistan
ordusu tərəfindən ağır artilleriya atəşinə tutulması, dinc sakinlərin hədəfə
alınması insanlığa qarşı cinayət kimi qiymətləndirilərək , kəskin pislənilib.
Bildirilib ki, dünya ictimaiyyətinin gözləri önündə baş verən hadisələrə səssiz
qalmağın özü də cinayətdir və baş vermiş terror aktlarına dünya birliyi tərəfindən
biganə yanaşılır, Ermənistan hələ də cəzasız qalır.
Türkiyənin Milli Marşı və Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra
Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilən 50 avtomobilin hərəkət etdiyi
karvan Ordu şəhəri daxilində polislərin də iştirakı ilə yürüşə başlayıb.
Aksiyanın sonunda Azaflı Sosial Yardım və Kültür Dərnəyinin dünya ictimaiyyətinə
ünvanladığı bəyanat iştirakçılara təqdim edilib.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi