Osloda yaşayan azərbaycanlılar Parlament binası qarşısında etiraz aksiyası keçirib

Oslo şəhərində yaşayan azərbaycanlılar Norveç parlamenti-Stortingetin binası
qarşısında erməni terrorunu pisləyən icazəli aksiya keçirib.
“CAN” Azərbaycan-Norveç təşkilatının təşəbbüsü ilə keçirilən aksiyada
azərbaycanlılarla yanaşı, türk və Pakistan icmalarının nümayəndələri də
iştirak edib. Aksiyanın təşkilatçısı, “CAN Azərbaycan” təşkilatının rəhbəri
Şərvin Nəcəfpur çıxış edərək Qarabağ həqiqətlərini yerli ictimaiyyətin
diqqətinə çatdırıb, Gəncə və Bərdə şəhərlərində, eləcə də Azərbaycanın digər
yaşayış məntəqələrində törədilən terror aktlarının Ermənistanın təcavüzkar
siyasətinin davamı olduğunu bildirib.
Aksiyada Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərini mülki əhaliyə qarşı
istifadəsi qadağan olunan kasetli bombalar vasitəsi ilə atəşə tutması, bu
faktın “Amnesty İnternational”, “Human Rights Watch” kimi beynəlxalq
təşkilatlar tərəfindən rəsmi şəkildə təsdiqlənməsi, Ermənistanın Şuşa
meşələrini yandırmaq üçün fosforlu silahdan istifadə edərək ekoloji terror
törətməsi barədə yerli ictimaiyyətə məlumat verilib. Daha sonra terror
qurbanlarının xatirəsi yad edilib.
Dünya ictimaiyyətini günahsız uşaqların qətlinə biganə qalmamağa səsləyən
həmvətənlərimiz “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son!”, “Uşaq
ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti
dəstəkləməyin!”,“Ermənistan, BMT qətnamələrinə əməl et!” kimi şüarların
əks olunduğu plakatlar və posterlər nümayiş etdirib, Azərbaycanın və
Azərbaycana dost münasibət bəsləyən ölkələrin bayraqlarını meydanda
dalğalandırıblar.

Türkiyənin Norveçdəki səfiri Fazıl Çormanın da qatıldığı aksiya Azərbaycan
Dövlət himinin səsləndirilməsi ilə başa çatıb.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib