Sürix şəhərində Gəncə və Bərdə terroruna etiraz edilib

İsveçrənin Sürix şəhərində Rathausbrücke körpüsünün üzərində topalaşan
azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki
əhalisinə qarşı törətdiyi terror aktlarına qarşı icazəli etiraz aksiyası
keçirib.
Aksiya İsveçrədə yaşayan azərbaycanlı icmasının təşəbbüsü və
Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri və İdarə
Heyətinin üzvlərinin dəstəyi ilə keçirilib. Aksiya iştirakçıları bildiriblər
ki, Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış
məntəqələrinin ağır artilleriya atəşinə tutulması, dinc sakinlərin hədəf
alınması, Ermənistan silahlı qüvvələri tərəfindən 1 ay ərzində cəbhə
bölgəsindən kənar rayon və şəhərlərdə yaşayan 91 mülki şəxsin, o
cümlədən uşaqların qətlə yetirilməsi insanlıq əlehinə yönəlmiş müharibə
cinayətidir.
Azərbaycanın Dövlət himinin oxunduğu aksiyada erməni vandalizmini
əks etirən bir sıra plakatlar nümayiş olunub, erməni terroru qurbanlarının
xatirəsi yad edilib.
İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə
bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox
deyirik”, “Erməni terrorçuluğuna son!”, “Uşaq ölümünə son!”, “İşğalçı
dövləti dəstəkləməyin!”, “Ermənistan – BMT qətnamələrinə əməl et!” və
s. şüarları səsləndirib.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi