İsrailin Diaspor İşləri  naziri: ”Dinc əhalinin  bombardman edilməsinin nə demək olduğunu bilirik və sizin yanınızdayıq”

“Ermənistan silahlı qüvvələrinin Bərdə, Gəncə, Mingəçevir, Naftalan
şəhərlərini, Abşeron, Sabirabad, Kürdəmir, Goranboy, Xızı, Qəbələ rayonlarını
dəfələrlə raket atəşinə tutması, mülki şəxsləri və azyaşlı uşaqları qətlə yetirməsi
əsl müharibə cinayətidir”.
Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrailin
Diaspor İşləri naziri Omer Yankeleviçlə keçirdiyi videogörüşdə deyib. Görüşdə Bakıdakı
yəhudi icması və İsraildəki Azərbaycan icmasının 100-dən çox üzvü iştirak edib.
Komitə sədri Prezident İlham Əliyevin “Biz dinlər, mədəniyyətlər, ölkələr
arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk” fikrini
xatırladıb və diqqətə çatdırıb ki, ölkəmizdə müxtəlif xalqların və dinlərin
nümayəndələrinin sülh, dostluq şəraitində yaşaması Azərbaycanın dövlət siyasətinin
prioritetlərindəndir.
Omer Yankeleviç Azərbaycan ərazisində müharibə getməsindən böyük təəssüf
hissi ilə danışaraq qeyd edib ki, öz tariximizdən dinc əhalinin  bombardman edilməsinin
nə demək olduğunu bilirik, həmişə sizin yanınızdayıq və bu çətin vaxtda dualarımız
sizinlədir. Bu Şabatda sizlərə sülh və əminamanlıq arzu edirəm.
O, eyni zamanda Azərbaycanda yəhudi icmasına olan qayğıdan, dini
tolerantlıqdan böyük məmnunluq hissi keçirdiyini diqqətə çatdırıb, İsraildəki Azərbaycan
icmasının fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.
Avropa Yəhudilərinin Bakı Dini icmasının baş ravvini Şneor Seqal çıxışında
Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycandakı yəhudi icması ilə sıx əməkdaşlıq
etməsini xüsusi vurğulayıb, iki xalqın dostluq və qardaşlıq münasibətlərinin daimi
olacağına inamını ifadə edib.
Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski bildirib ki, hər
iki ölkə mənim vətənimdir və burada bizim həyatımız çox gözəl keçir. Bu gün İsrailin,
haqlı mübarizəsində, Azərbaycanın yanında olması və onu müdafiə etməsi çox vacibdir.
İsraildəki Azərbaycan Evinin rəhbəri Şirin Nexamiya Ermənistan ordusunun
Azərbaycan ərazisində törətdiyi qanlı cinayətlər və terror aktlarından ciddi narahat
olduqlarını və ölkəmizin haqlı mövqeyini İsrail cəmiyyətinə daim çatdırdıqlarını
bildirib.
Qeyd olunub ki, Azərbaycanda sinaqoqların və yəhudi məktəblərinin fəaliyyətinə
Azərbaycan dövlətinin diqqət və qayğısı bütün dünya üçün nümunəvi bir modeldir.
Görüşdə Şabat duaları oxunub, Azərbaycan və İsrail xalqına əminəmanlıq
arzulanıb.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi