Antalyada Gəncə terroruna etiraz olaraq aksiya keçirilib

Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin təşkilatçılığı ilə Azərbaycanın dinc əhalisinə qarşı Ermənistanın törətdiyi terror aktını qınamaq üçün Antalyada etiraz aksiyası və avtoyürüş təşkil edilib. Yürüşdən əvvəl Azərbaycanın və Türkiyənin Dövlət Himnləri səsləndirilib, Gəncə terroru zamanı həlak olanların xatirəsi yad edilib.

Aksiyada soydaşlarımız, yerli və xarici qeyri-hökumət təşkilatları, eləcə də siyasi partiya təmsilçiləri və mətbuat nümayəndələri iştirak edib.

Dərnəyin İdarə Heyətinin sədri hüquqşünas Lalə Həsənova çıxış edərək illərdir Ermənistanın işğalı altında olan torpaqarımızın Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və şanlı Azərbaycan ordusunun şücaəti nəticəsində geri qaytarılmasından danışıb. İşğalçı Ermənistanın tərəfdaş olduğu beynəlxalq müqavilələri ciddi şəkildə pozduğunu və dəfələrlə imzalanan atəşkəs rejiminə riayət etmədiyini vurğulayıb. 

Aksiyada çıxış edən Türkiyəli siyasətçilər də Azərbaycan-Türkiyə qardaşlığını vurğulayaraq hər zaman Azərbaycanın yanında olduqlarını qeyd ediblər. Azərbaycanın Laçın rayonundan olan iş adamı Elnur Malikoğlu da aksiyada çıxış edərək işğalçı Ermənistanın Qarabağda törətdiyi vəhşiliklərin canlı şahidi kimi Laçın rayonunun işğalından danışıb, xalqımıza, dövlətimizə qələbə və əmin-amanlıq arzulayıb.

Aksiyada “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”  “Uşaq ölümünə son qoyun!”, “Ermənistan – BMT qətnamələrinə əməl et!” və s. kimi şüarlar səsləndirilib. 

Dərnəyin üzvü Lamiyə Novruzovanın ifasında Azərbaycanın “Sarı gəlin” xalq mahnısı səsləndirilib. Daha sonra aksiya 100-dən çox avtomobilin iştirakı ilə “Dostluq” parkından başlayan avtoyürüşlə davam edib. 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi