Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclərdən Azərbaycan dəstək

Kastamonu Universitetində təhsil alan azərbaycanlı tələbələr Azərbaycana dəstək olmaq üçün Cümhuriyyət meydanına toplaşıblar. Tədbirdən  öncə Türkiyənin  “İstiqlal marşı” və Azərbaycan milli marşı səsləndirilib. 

Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Cəmiyyətinin sədri Tural İsabəyli çıxışında Ermənistanın mülki insanları qəsdən hədəf almasını   cəbhədəki uğursuzluqlarının nəticəsi kimi qiymətləndirib. Bununla yanaşı, o, beynəlxalq təşkilatların  beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe nümayiş etdirmələrinin  vacib olduğunu bildirərək qeyd edib: “Türkiyə dövlətinə və xalqına  minnətdarlığımızı bildirir, birlik və bərabərliyimizin sarsılmaz olacağını ifadə etmək istəyirik. Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclər olaraq bütün dünyaya dövlətimizin, ordumuzun və Ali Baş Komandanımızın yanında olduğumuzu, dövlətimizin siyasətini tam dəstəklədiyimizi, ehtiyac duyulduğunda cəbhəyə gedəcəyimizi və vətənimizi qorumaq naminə vəzifəmizi tərəddüdsüz yerinə yetirəcəyimizi bütün dünyaya bildirmək istəyirik. “

Çıxışlardan sonra tələbələr  “ Qarabağa dönürük”,  “Qarabağ Azərbaycandır” “Erməni terroruna son”, “Eşq olsun Azərbaycan ordusuna” kimi şüarlar səsləndiriblər. 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi