200 saylı orta məktəbdə valideynlər aksiya keçirir – FOTOLAR

Nərimanov rayonu 200 saylı orta məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması xəbərini eşidən valideynlər hazırda bu qərara etiraz edirlər.

Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda 100-dən çox valideyn məktəbin akt zalında toplaşıblar. Onlar direktorun yenidən öz vəzifəsinə qaytarılmasını tələb edirlər.

Narazı valideynlərin saytımıza verdiyi məlumata görə, Qafar Hüseynov çox yaxşı müdir olub və bu səbəbdən onun getməsini istəmirlər: “Qafar müəllim nümunəvi direktordur. Biz onun işdən çıxarılmasını istəmirik. Üstəlik o, hazırda xəstəxanadadır. Yıxılıb, ayağı sınıb. Burada elə valideynlər var ki, onlar sırf Qafar müəllimə görə, uzaqda yaşasalar da uşaqlarını bu məktəbə qoyublar. Qafar müəllim bu məktəbdə çox gözəl sistem qurub. Onun çıxarılmasını istəmirik”.

Hazırda Bakı Şəhər Təhsil İdarəsindən nümayəndə gəlib, valideynlərlə söhbət aparılır.

Müəllimlər deyirlər ki, sabahdan etibarən məktəbə gəlməyəcəklər. Valideynlər isə uşaqlarını məktəbə gətirməyəcəklərini deyirlər.

Bakı şəhər təhsil idarəsinin nümayəndəsi Əfqan İsgəndərov çıxışı zamanı dedi ki, məktəbdə rüşvət alınması barədə şikayət edilib. O məsələ də araşdırılır.

Əfqan İsgəndərov musavat.com-a deyib ki, direktor sağalan kimi işinə geri dönəcək: “Qafar müəllim hazırda xəstəxanadadır. Sağalsın, gələcək və vəzifəsinə davam edəcək. O ki qaldı şikayətlər məsələsinə, onu nazirlik həll edəcək”.

Öyrəndik ki, dünən nazirlik əməkdaşları məktəbdə yoxlama da aparıblar. Onlar müxtəlif sinfdlərdə şagirdlərdən müəllimlərə pul verib-vermədiklərini soruşublar.

Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması barədə xəbərlər yanlışdır. İdarədən qeyd olunub ki, direktor hazırda fəaliyyətdədir: “Sadəcə, Qafar Hüseynov səhhəti ilə bağlı bülletendədir”.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifə

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib