Fransadakı “Qarabağ” məktəbindən Azərbaycana dəstək

Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbində 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq işğalçı Ermənistanın geniş miqyaslı hərbi təxribatlarına qarşı əks hücum əməliyyatlarına başlayan Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə tədbir keçirilib.

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Azərbaycan Fransa Mədəniyyət Assosiasiyasının sədri, “Qarabağ” Azərbaycan məktəbinin layihə rəhbəri Toğrul Zeynalovun verdiyi məlumata görə, tədbirdə Azərbaycan icması, məktəbin müəllim və şagird heyəti iştirak edib.

Tədbirin əvvəlində şagirdlər fortepianoda Azərbaycanın Dövlət Himnini ifa ediblər və dövlətimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Tədbirdə çıxış edənlər Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması uğrunda apardığı haqlı müharibəni dəstəklədiklərini, Vətənimizin hər bir qələbəsinə çox sevindiklərini və əsgərlərimiz üçün əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, bu məktəb 2019-cu ilin aprelin 20-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən azərbaycanlıların kompakt yaşadığı Nant şəhərində yaradılıb.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi