Belarusdakı Azərbaycan icması ölkənin rəsmi dairələrinə müraciət edib

Belarusda yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrini işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkilməyə çağırıb və bununla bağlı rəsmi İrəvana təsir göstərməsi üçün Belarusun dövlət qurumlarına – Nazirlər Kabinetinə, Parlamentə, Xarici İşlər Nazirliyinə bəyanat ünvanlayıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Belarusun Azərbaycan İcmaları Konqresi adından yayılan bəyanatda deyilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında son təxribat əməllərindən sonra bölgədə vəziyyət gərginləşib və hərbi əməliyyatlar başlayıb. Nəticədə hər gün onlarla dinc sakin həlak olur və yaralanır, yaşayış məntəqələri dağıdılır, evlərə ziyan dəyir.

Minsk və digər şəhərlərdə yaşayan soydaşlarımızın adından yayılmış bəyanatda Belarusun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə, münaqişənin həlli ilə bağlı rəsmi Bakının mövqeyini müdafiə etdiyinə görə minnədarlıq edilir.

Eyni zamanda, bəyanatda Ermənistan hökumətinə işğalçı siyasətini dayandırması və işğal edilmiş Azərbaycan ərazilərini dərhal tərk etməsi üçün təsir göstərməyə, Ermənistan hökumətini beynəlxalq hüquq və normala riayət etməyə çağırış edilir.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi