Ermənilərin Gəncəyə hücumu ilə əlaqədar beynəlxalq aləmə MÜRACİƏT

Azərbaycan QHT-ləri Ermənistanın Gəncədə törətdiyi cinayətlə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Bu ilin sentyabrın 27-dən etibarən Ermənistanın silahlı qüvvələri Azərbaycanın mülki əhalisini və mülki obyektlərini artilleriya və raket atəşinə tutmaqda davam edir.

Bu gün, yəni, 2020-ci il oktyabrın 4-də Ermənistan beynəlxalq humanitar hüququn və hərbin bütün qaydalarını növbəti dəfə kobud şəkildə pozaraq, bir daha öz acizliyini nümayiş etdirərək münaqişə zonasından uzaqda yerləşən 500 minlik əhalisi olan tarixi Gəncə şəhərini raket atəşinə tutmuş və nəticədə 1 nəfər həlak olmuş, 4 nəfər yaralanmış və tarixi abidələr dağıdılıb. Ermənistan silahlı qüvvələri Gəncə şəhərinə raket zərbəsi endirən zaman beynəlxalq konvensiyalarla qəti qadağan edilən kasetli bombalardan istifadə edib.

Bu günə olan statistik məlumatlara görə Ermənistanın Azərbaycanın 10-dan çox rayon və şəhərlərinə endirdiyi raket zərbələri nəticəsində 23 mülki şəxs qətlə yetirilib və 76 nəfər yaralanıb, dövlət və özəl mülkiyyətə ciddi ziyan vurulub.

Ermənistanın mülki əhalini bilərəkdən hədəfə almaqda məqsədi müharibənin coğrafiyasını genişləndirmək, diqqəti işğal etdiyi Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayondan yayındırmaq və 3-cü ölkəni münaqişəyə cəlb etməkdən ibarətdir.

Biz, Azərbaycan QHT-ləri, dərin narahatlıq hissi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edir və beynəlxalq humanitar qanunun, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozdulduğunu bildiririk.

Biz bu müraciətə imza atan Azərbaycanda fəaliyyət göstərən yüzlərlə QHT adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət edir, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırırıq.

Sonda onu da bildirmək istəyirik ki, Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərə, işğala və təcavüz aktına, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədiyinə görə Ermənistanın indiyə kimi cəzasız qalması, bu gün onun daha təhlükəli və qəddar cinayət törətməsinə səbəb olur”.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    One thought on “Ermənilərin Gəncəyə hücumu ilə əlaqədar beynəlxalq aləmə MÜRACİƏT

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi