Millət vəkili Emin Hacıyev: «Beynəlxalq qurumlar dərhal hərəkətə keçməlidir»

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında gərgin vəziyyət yaranıb. İşğalçı Ermənistanın təxribatçı və məsuliyyətsiz davranışları danışıqlar prosesinin tamamilə dayanmasına və vəziyyətin kritik həddə çatmasına səbəb olub. Danışıqların formatını və mahiyyətini məqsədyönlü şəkildə pozan Ermənistan Azərbaycanın daha çox ərazilərini işğal etmək üçün yeni hücuma hazırlaşır. Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışı zamanı işğalçı dövlətin yeni təcavüz planını ifşa edərək, beynəlxalq ictimaiyyətin diqqətini münaqişəyə yönəltdi: “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. Dövlət başçısı bir daha bəyan etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. 

Görünən odur ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinə əməl etmək, silahlı qüvvələrini işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarmaq əvəzinə, beynəlxalq hüququn prinsiplərini tapdayaraq, yeni ərazilər zəbt etmək niyyətindədir. Belə olan halda, beynəlxalq qurumlar dərhal hərəkətə keçməli, təcavüzkarı durdurmalıdır. Nəhayət, dünya birliyi Ermənistanın regionda təhlükəsizliyə ciddi təhdid olan addımları ilə bağlı konkret mövqe bildirməlidir. İşğalçı tərəfə hüquqi, siyasi təzyiqlər göstərilmədikcə, ona qarşı ciddi sanksiyalar tətbiq edilmədikcə, Ermənistan daha da azğınlaşır. Ona görə də təcavüzkara qarşı ciddi tədbir görülməsə bölgədə vəziyyət daha da kəskinləşə və hər an müharibə başlaya bilər. Belə olan halda, düşmənin istənilən hücümuna layiqli cavab verməyə hazır olan Azərbaycan Ordusu torpaqlarımızı son qarışınadək işğalçılardan azad edəcək. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Ermənistanın Azərbaycana qarşı əl atacağı növbəti təxribat işğalçı ölkə üçün çox ağır nəticələrə səbəb olacaq. Azərbaycan cəmiyyətində hökm sürən yüksək döyüş əzmi, vətənpərvərlik coşğusu bizi yaxınlaşmaqda olan Qələbəyə ruhlandırır. 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib