Gəncə üzrə sosial şəbəkələrlə bağlı onlayn müzakirə keçirilib – FOTOLAR

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” layihəsinin icrası davam edir.

Təşkilatdan verilən məlumata görə, İcra Planının şərtlərinə uyğun olaraq layihənin üçüncü onlayn ictimai müzakirəsi keçirilib.Gəncə şəhər sakinlərinin, millət vəkillərinin, dövlət qurumlarının vəzifəli şəxslərinin, idarə təmsilçilərinin, təşkilat əməkdaşlarının, müəllim və tələbələrin iştirakı ilə keçirilən tədbirdə mövzunun aktuallığı və vacibliyi qeyd olunub.Diqqətə çatdırılıb ki, sözügedən məsələyə önəm verilməsi günümüzün tələbidir, belə görüşlər bu sahədə müəyyən irəliləyişlərə səbəb olacaq.

Tədbiri açıq elan edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov qonaqları salamlayaraq nəzərə çatdırıb ki, vətəndaş cəmiyyətinin üzvləri, əsasən də gənc nəsildə internet mediaya marağın artırılması və sosial şəbəkələrdən düzgün istifadənin istiqmətlərini aşılamaq olduqca əhəmiyyətlidir.O, əlavə edib ki, əsas hədəf sosial şəbəkələrdəki təhlükəli və təhlükəsiz xəbərlərin sərhədlərinin konturlarını vətəndaşlarımıza düzgün çatdırmaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirən sədr müavini müzakirə iştirakçılarına qurumun fəaliyyəti və vətəndaş cəmiyyətinin formalaşmasında iştirakından, atdığı addımlardan, təşkilatlara dəstəyindən ətraflı məlumat verib.

Gəncədən olan millət vəkili Naqif Həmzəyev də layihənin önəminə toxunaraq mövzunun vacibliyini diqqətə çatdırıb.Onun sözlərinə görə, hazırda hər bir şəxs asanlıqla sosial şəbəkələrdəki məlumatları izləyə bilir, xəbərdar olurlar.Parlament üzvü bildirib ki, hazırda qərəzli məlumatlar yetərincədir, bu da öz növbəsində cəmiyyətdə çaşqınlığa, müəyyən problemlərə səbəb olur.

Media eksperti, QHTxeber.az saytının baş redaktoru Sənan Nəcəfov müzakirə olunan mövzu ilə bağlı ətraflı məlumat verərək, əsasən müharibə şəraitində informasiya savaşının vacibliyinə toxunub.O,qeyd edib ki, hazırda bu proses daha çox sosial şəbəkələr üzərindən aparılır.Belə olan təqdirdə vətəndaş cəmiyyətinin hər bir üzvünün sosial şəbəkələrdən yüksək səviyyədə istifadə etməsi məsələsi aktuallıq kəsib edir, yalan və şantaj, həmçinin təxribat xarakterli xəbərlərin qarşısının alınmasını şərtləndirir.

Gəncə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini, dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov təmsil etdiyi bölgədə dövlət qurumlarının, təhsil müəssisələrinin, gənclər təşkilatlarının və məsul orqanların bu yöndə həyata keçirdiyi işlərin mahiyyətindən danışıb.

Gəncədən olan digər millət vəkili Müşfiq Cəfərov isə sosial şəbəkələrdəki böhtan xarakterli məlumatların qarşısının alınması üçün internet televiziyaların yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə Bölgəsi üzrə şöbə müdiri Asəf Əliyevin, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqovanın da çıxışları və təklifləri maraqla qarşılanıb.

Çıxışlarda həmçinin pandemiya dövründə sosial şəbəkələrdən istifadənin daha da aktuallıq kəsb edildiyi, COVİD-19 virusu ilə bağlı həm psixoloji təsirlərdən, həm də düzgün analiz olunmamış xəbərlərin insanlara mənfi təsirlərindən danışılıb.Onlayn müzakirə iştirakçıları ekspertlərə suallar ünvanlayıb, vacib saydıqları məqamları gündəmə gətiriblər.

Layihə Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə birgə keçirildiyindən qurumun təklif və tövsiyələrinə yer verilir.

Qeyd edək ki, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin COVİD19 pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə ərzaq və tibbi ləvazimatın paylanması çağırışını müsbət qarşılayıb və könüllü olaraq bu kateqoriyadan olan şəxslərə dəstək göstərəcək.

Xatırladaq ki, layihənin icra müddəti üç aydır və onlayn müzakirələrin sonunda xüsusi kitabçalar hazırlanacaq, mövzu ilə əlaqədar sorğular təşkil olunacaq, nəticələri isə geniş ictimaiyyətə çatdırılacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

 

 

 

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib